» » Tramp-Putin görüşü baş tutmayacaq

Tramp-Putin görüşü baş tutmayacaq

Bölmə: Siyasət, Dünya
Tramp-Putin görüşü baş tutmayacaq
Ağ Ev ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Almaniyada keçiriləcək “Böyük İyirmilik” (G 20) sammiti çərçivəsində görüşəcəyi haqda məlumatları təsdiqləməyib.

Xalqinfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.

O, hazırda bu barədə bir söz deyə bilməyəcəyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da belə görüşün planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, budan öncə yayılan məlumatlarda prezidentlərin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək sammit zamanı görüşəcəyi deyilirdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler