» » İki gənc Müsavatdan istefa verdi

İki gənc Müsavatdan istefa verdi

Bölmə: Siyasət
İki gənc Müsavatdan istefa verdi
Müsavat Partiyasında qurultaydan sonrakı gərginlik davam edir. Son iki gündə iki gənc müsavatçı - Rauf Məmmədli və Elçin Cərullazadə partiya sıralarından istefa verib. Bu isə müsavatçı gənclər arasında narahatlıq yaradıb.

Rauf Məmmədli istefası ilə bağlı oktyabrın 9-da sosial şəbəkədə öz mövqeyini bildirib. “Mən partiyaya şəxslərə görə gəlməmişəm. Mənim partiyaya üzv olmağımın başlıca səbəbi müsavatçılıq ideologiyasıdır. Düşüncəmə əsasən, biz bu ideologiyanı yaşatmalı və Rəsulzadə irsini qoruyub saxlamaqla gələcək nəsillərə ötürməliyik. Partiya üzvü olduğum illərdə mənə aydın oldu ki, müsavatçı olmaq partiyaya üzv olmaq demək deyil. Burada üzv olduğum dönəmlərdə əqidəli əsl müsavatçılar da tanıdım, əqidəsi olmayan, özünü müsavatçı hesab edən ikiüzlü insanlar da. Partiya sıralarından ayrılmama səbəb olan başlıca amil ikinci kateqoriyaya aid insanlardır”.

Digər gənc müsavatçı Elçin Cərullazadə isə müsavatçıların bir hissəsinin sosial şəbəkədə təşkil etdiyi gizli qrupdakı materiallar ortaya çıxandan sonra istefa verib. Bildirib ki, “Arif Hacılının tənqidçilərinin istefası Müsavat üzvlərini sevindirsə də, artıq gənclər bu yolda mübarizə aparmaqdan iyrəniblər”.

Müsavat Partiyası isə istefalarla bağlı fikrini bildirmək istəmir. Partiyanın funksioneri Gülağa Aslanlı musavat.com-a açıqlamasında bildirib ki, partiyadan ərizə ilə çıxmaq lazımdır və heç bir gənc də ərizə yazmayıb: “İstefa verənlər də nizamnaməyə əməl etməlidirlər. Ərizə daxil olandan sonra fikrimizi bildirərik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler