» » Aİ-dən Rusiya sanksiyası - Krım blokadası davam edir

Aİ-dən Rusiya sanksiyası - Krım blokadası davam edir

Bölmə: Siyasət, Dünya
Aİ-dən Rusiya sanksiyası - Krım blokadası davam edir
Aİ Şurasının Krım və Sevastopolun işğalı ilə bağlı Rusiyaya dair sanksiyaların müddətinin bir il artırılması haqqında 19 iyun tarixli qərarı Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.

Xalqinfo.az xəbə verir ki, “Cari qərar Avropa İttifaqının Rəsmi jurnalında dərc edildikdən bir gün sonra qüvvəyə minir”, - hüquqi aktda qeyd edilir.

Sanksiyaların bu kateqoriyasına Krım və Sevastopoldan Aİ-yə qida məhsullarının idxalı, Krım və Sevastopola investisiyaların yatırılması, Krım və Sevastopola turizm fəaliyyəti ilə əlaqədar xidmətlərin göstərilməsi: Krım və Sevastopola nəqliyyat, telekommunikasiya və energetika sektorlarına, eləcə də, neft-qaz və dağ sahələri üçün bir sıra əmtəə mallarının və texnologiyaların ixracına dair qadağalar daxildir.

“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksəkvəzifəli nümayəndəsinin Avropa ittifaqı adından 2017-ci il 17 mart tarixli bəyanatında göstərildiyi kimi, Aİ Krım və Sevastopolun Rusiya tərəfindən qanunsuz zəbt edilməsini pisləməyə davam edir və bu ərazini tanımamaq üzrə siyasəti tamamən realizə etməkdə qərarlıdır”, - Aİ Şurasının kommünikesində bildirilib.

Məlumata görə, bu ərəfədə Avropa Krım sanksiyalarının müddətini bir il uzadıb. Bu qərarı Lüksemburqda Aİ üzv ölkələrinin XİN rəhbərləri qəbul edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler