» » ABŞ-da Mark Şnayer İlham Əliyevi nümunə göstərib

ABŞ-da Mark Şnayer İlham Əliyevi nümunə göstərib

Bölmə: Siyasət
ABŞ-da Mark Şnayer İlham Əliyevi nümunə göstərib
"Bu mənim üçün Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Mədəniyyətlər arası dialoq üzrə IV Beynəlxalq Forumun gedişatında dinlər arası dialoqa dair səsləndirdiyi təşəbbüs haqqında danışmaq üçün yaxşı imkandır".

Bu bəyanatla ABŞ-da müqəddəs Ramazan ayı münasibəti ilə İsrailin Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Etnik Anlaşma fondunun rəhbəri (Foundation for Ethnic Understanding) Mark Şnayer çıxış edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Time-a istinadən haqqin.az məlumat yayıb.

Rebe Mark Şnayer ABŞ-da xristian və müsəlman icmalarının liderləri arasında dialoqu alqışlayır.

“İftara qonaq dəvət etmək – ümumi imanımızı və ümumi gələcəyimizi qeyd etmək üçün gözəl imkandır”, - Şnayer qəbulda deyib.

O, tədbir iştirakçılarına Beynəlxalq dialoq üzə təşəbbüsü Azərbaycanın xarici işlər naziri, eləcə də mədəniyyət naziri, həmçinin Nyu-Yorkda mayın 26-da xristianların liderləri ilə müzakirə etdiyindən danışıb.

“Əhalisinin əksəriyyəti müsəlman olan - Azərbaycan din azadlığı ilə yanaşı, yəhudi və xristian icmalarının eləcə də 2011-ci ildən Bakıda keçirilən Beynəlxalq forumlar sayəsində mədəniyyətlər arası və dinlər arası dialoqun dünya səviyyəsində aparılmasına vasitəçilik edir”, - Mark Nayer bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler