» » Səhiyyə naziri əmr imzaladı

Səhiyyə naziri əmr imzaladı

Bölmə: Siyasət
Səhiyyə naziri əmr imzaladı
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda “Formula 1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Xalqinfo” xəbər verir ki, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler