» » Səhhətində problem olduğu deyilən deputatdan yeni xəbər

Səhhətində problem olduğu deyilən deputatdan yeni xəbər

Bölmə: Siyasət
Səhhətində problem olduğu deyilən deputatdan yeni xəbər
“Atamın səhhəti normaldır. Heç bir problemi yoxdur. İnşallah, bu ayın axırı vətənə qayıdacaq”.

"Xalqinfo"nun Modern.az-a istinadən verdiyi xəbərə görə, deputat Fəzil Ağamalının oğlu Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyev açıqlamasında bunları deyib.

Onun sözlərinə görə, atasının istirahəti bir az uzun çəkib.

“Düzdür, atamın istirahəti bir az uzun çəkib deyə hər kəs narahatdır. Hətta, mətbuat səhifələrində atamla bağlı yanlış informasiyalar yer aldı. Halbuki, yazılanların heç bir əhəmiyyəti yoxdur.

Dəqiq deyirəm ki, narahatlığa əsas yoxdur. Fəzail Ağamalı yaxşıdır. Atam gələndə nə sualınız varsa, özünə ünvanlayarsınız”.

Xatırladaq ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib.

Onun səhhətinin pisləşməsinə dair bir aydan çoxdur ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler