» » Putindən ABŞ-a ağır sözlər:

Putindən ABŞ-a ağır sözlər: “Döşəməni süpürmək üçün gəliblər?”

Bölmə: Siyasət
Putindən ABŞ-a ağır sözlər:
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişini şərh edərkən jurnalistə ABŞ-la bağlı gözlənilməz sual verib.

Xalqinfo.az xəbər verir ki, Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində belə bir hadisənin Ağ Evdə baş verərkən onu necə adlandırılması ilə maraqlanıb.

ABŞ KİV-lərində Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçması barədə məlumatları şərh edən Putin bəyan edib ki, bu versiya sadəcə dövlət çevrilişinə bəraət qazandırmaq üçün səsləndirilib.

“O, ölkədaxili tədbir üçün ikinci böyük şəhərə gedən kimi silahlı şəxslər onun iqamətgahını ələ keçirdi. Əgər ABŞ-da Ağ Evi tutsaydılar, onda bu necə adlanardı? Dövlət çevrilişi, yoxsa nə? Yoxsa siz düşünürsünüz ki, onlar ora döşəməni süpürmək üçün gəliblər?”.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler