» » "Gün gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq" - İlham Əliyev

"Gün gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq" - İlham Əliyev

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Gün gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq" - İlham Əliyev
Bu gün Lələ Təpədə və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək, bizim bayrağımız Şuşada da qaldırılacaq.

Xalqinfo.az məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.

“Azərbaycan torpaqlarını işğalı böyük ədalətsizlikdir, beynəlxalq hüquq normaları pozulur. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, bu qətnamələri yerinə yetirsin. Problem bundan ibarətdir. Ancaq biz ölkəmizi gücləndirmişik”, - İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev ölkənin başında olsaydı, heç bir problem yaşanmazdı:

“Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda bütün müdafiə tədbirləri görüldü və düşmən yerində oturduldu. Əfsuslar olsun ki, o vaxtı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə tədbirlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk və öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlı bunu əyani formada təsdiq edir”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler