» » Fəttah Heydərov: “Mehriban Əliyeva bu islahatlara...”

Fəttah Heydərov: “Mehriban Əliyeva bu islahatlara...”

Bölmə: Siyasət
Fəttah Heydərov: “Mehriban Əliyeva bu islahatlara...”
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir. Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva da bu islahatlara öz dərin töhfəsi və davamlı dəstəyini verməklə xalqımızın və dövlətimizin ali mənafeyi uğrunda fəaliyyətini fədakarlıqla davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov ölkədə aparılan islahatlar barədə danışarkən deyib.

Onun fikrincə, dövlətçiliyə xidmət edən bu yanaşma və fəaliyyət dünya üçün örnəkdir:

“Məhz bu ailə dövlətçiliyə çox sıx bağlıdır və Azərbaycanın inkişafına, daha da güclənməsinə böyük töhfələr verir. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işləri təqdir etməklə öz dəstəyini nümayiş etdirir. Bu isə ölkəmizdə xalq-iqtidar həmrəyliyinin sarsılmazlığını əks etdirir. Türk şairi Mehmet Akif Ersoyun gözəl bir kəlamı var: “Girməsə təfriqə bir millətə, düşmən girəməz, toplu vurduqca ürəklər onu top sındıramaz”. Əminliklə deyə bilərəm ki, xalqımız müdrikdir, öz müstəqilliyin qorumaq üçün ürəkləri toplu vuran xalqdır. Xalqımız prezidentimiz ətrafında sıx birləşib, vahiddir. Ona görə də bu birliyi heç bir qüvvə sındıra bilməz”.

Fəttah Heydərov hesab edir ki, ictimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir:

“Bu kontekstdə ötən il keçirilən Konstitusiya islahatlarını xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi, dövlətimizin müdafiə qüdrətinin artırılması, insanların həyat şəraitinin və rifah halının yaxşılaşdırılması, idarəetmədə çevikliyin və səmərəliliyin daha da yüksəldilməsi üçün keçirilən ümumxalq səsverməsi – referendumun nəticələri Azərbaycan xalqı və dövlətinin mənafeyini əks etdirdi, parlaq gələcək üçün etibarlı zəmin formalaşdırdı. Bu islahatların həyata keçirilməsi günün, zamanın tələbi idi, çünki zaman keçdikcə yeni çağırışlar və tələblər ortaya çıxır və bu çağırışlara adekvat cavab vermək üçün mütəmadi olaraq islahatların və yeniliklərin ortaya qoyulması zərurətdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler