» » Hüseynbala Mirələmov xəstəxanadan evə buraxıldı

Hüseynbala Mirələmov xəstəxanadan evə buraxıldı

Bölmə: Siyasət
Hüseynbala Mirələmov xəstəxanadan evə buraxıldı\
Hüseynbala Mirələmov artıq evə buraxılıb. Səhhətində ciddi problem yoxdur. Hər şey qaydasındadır”. Xalqinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Hadı Rəcəbli deputat həmkarı Hüseynbala Mirələmovun səhhətində yaranan problemə aydınlıq gətirərkən deyib.

Hadı Rəcəblinin sözlərinə görə, Hüseynbala Mirələmov istirahət etdiyindən telefonlara cavab vermir.

“Hüseynbala Mirələmov həkim nəzarəti altında evində istirahət edir. Ona görə də hələ ki yanına çox adam buraxmırlar. Həm də Hüseynbala Müəllim yaradıcı insandır. Onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, o, səhər saat 5-dən durub yazılar yazır, yaradıcılıqla məşğul olur. Bu cür yaradıcı insan çox az yuxu yatır. Ona görə də hələlik bir müddət Hüseynbala müəllimə dincəlmək lazımdır. İnşallah tam sağalandan sonra yenidən işlərinin, yaradıcılığının başında duracaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov insult səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler