» » 20 milyona yaxın pul ödənildi -

20 milyona yaxın pul ödənildi - Nazirlikdən məktub gəldi

Bölmə: Siyasət
20 milyona yaxın pul ödənildi -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqinfo"nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, təqsirləndirilənlərdən Anar Mustafayevin 567 min manat, Beytulla Hüseynovun 10 milyon 200 min manat ödəniş etməsi barədə məhkəməyə nazirlikdən arayış daxil olub.

Nazirlik həmin şəxslərlə bağlı mülki iddiası olmadığını qeyd edib.

Müdafiə tərəfinin vəkillərinə çıxış üçün söz verilib. Onlar hazır olmadıqlarını bildiriblər.

Hakim vəkillərə 2 gün vaxt verib. Proses iyunun 16-da davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler