» » Siyasiləşmiş Nobel mükafatı

Siyasiləşmiş Nobel mükafatı

Bölmə: Siyasət
Siyasiləşmiş Nobel mükafatı
İsveçin paytaxtı Stokholmda Nobel həftəsi davam edir. Bu gün ən maraqlı mükafatlardan biri, ədəbiyyat mükafatı öz sahibini tapıb. Nobel komitəsi bu mükafata fransız yazıçısı Patrik Modianonu layiq görüb. 69 yaşlı yazıçı “mürəkkəb insan taleyini əks etdirən” memuar və romanlarına görə, Nobel mükafatına sahib olub. Maraqlı bir xəbər yayılıb ki, nə İsveç Nobel Akademiyası, nə də Modianonun son romanlarını nəşr edən “Qalemar” fransız nəşriyyatı onun Nobel mükafatı almasını xəbər vermək üçün laureatı tapa bilib. İsveç Nobel Akademiyası Modianonun yaradıcılığını Marsel Prustun əsərləri ilə müqayisə edib və onu “dövrümüzün Marsel Prustu” adlandırıb. İkinci dünya müharibəsi zamanı Fransanın işğalına həsr olunmuş Modiano əsərləri dəfələrlə ekranlaşdırılıb. Amma Fransada tanınmasına baxmayaraq, Modianonun əsərlərinin çox dillərə tərcümə edilmədiyi bildirilir. Ümumiyyətlə, digərləri ilə müqayisədə ədəbiyyat nominasiyasında Nobel mükafatının laueratları həmişə maraq doğurub.

1901-ci ildə ədəbiyyat sahəsində ilk Nobel mükafatı fransız şairi Rene Sülli-Prüdoma verilib. İsveç Akademiyasının bu qərarı o zaman birmənalı qarşılanmamışdı. Əksəriyyət bu mükafata ən layiqli namizəd Anna Karenina, “Hərb və Sülh” romanları ilə dünyada şöhrət qazanan rus yazıçısı Lev Tolstoyu bilirdi. Ona görə də bir qrup İsveç yazıçısı Tolstoyu müdafiə, Reneni tənqid edən məktubla çıxış edirlər. Amma qərar dəyişmir. Rene Prüdom xəstə olması səbəbindən təqdimatda iştirak etmir. Amma Nobeldən əldə etdiyi milyondan istifadənin gözəl bir nümunəsini qoyub bu dünyadan köçür. Ölümqabağı ona bağışlanan pulu o da fransalı gənc şairlər üçün ədəbi fonda bağışlayır. Tolstoy isə hətta illər sonra da bu mükafatı qazanmır. Yalnız 1906-ci ildə eşidir ki, Nobeli həmin il ona verəcəklər. O, əsərlərinin Fin dilinə tərcüməçisi Arvid Yarnefeltdən xahiş edir ki, İsveçdəki həmkarları vasitəsilə bu qərara təsir etsin. Və bununla da o mədəni şəkildə Nobeldən imtina edir. Beləcə, Nobel mükafatı yarandığı gündən bu yana siyasi motivli olması ilə diqqət çəkir. Söhbət xüsusilə ədəbiyyat və sülh mükafatından gedir ki, bunun konkret nümunələri var. Məslən, 1990-cı ildə əlini 20 yanvar qanına batıran Mixail Qorbaçov elə həmin il də Nobel Sülh mükafatına layiq görülmədimi? Və yaxud, Tolstoyun özü o illərdə kilsəyə qarşı çıxdığından kilsə onu dinsiz adlandırmışdı və iddialara görə, bu da mükafatın verilməsinə öz təsirini göstərmişdi. Oxşar nümunəni türk yazıçısı Orxan Pamukun timsalında da görə bilərik. Hər halda onun Nobel qazanan “Qar” əsəri öz ölkəsində elə qar kimi soyuq qarşılandı. Amma bu bədii əsərlərimizi Nobelə təqdim etməmək üçün əlimizə heç bir əsas vermir. Amma araşdıranda məlum olur ki, bu sahədə vəziyyət isə o qədər də ürəkaçan deyil.

“Həqiqətən də bizim güclü resurslarımız var. Bunların əsərləri xarici dilə tərcümə olunmayıb. Və xarici oxucunun xəbəri yoxdur bu əsərlərdən”, – deyə Nobel İnformasyia Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərov qeyd edib.ans press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler