» » Siyavuş Novruzov partiyaları yenə “vurdu”:

Siyavuş Novruzov partiyaları yenə “vurdu”: “Niyə hesabat vermirlər?”

Bölmə: Siyasət
Siyavuş Novruzov partiyaları yenə “vurdu”:
“Hər bir məsələnin arxasında maliyyə dayanır. Maliyyə təmnatı olduqda bir çox məsələlər öz yerinə düşür. Burada həm siyasi partiyaların, həm də QHT-lərin maliyyələşməsi ilə bağlı qanunlara baxılmalıdır”.

Xalqinfo.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, Baş prokuror bu yaxınlarda açıqlama verdi ki, bəzi partiyalar maliyyə mənbələri haqqında ictimaiyyətə və aidiyyatı strukturlara məlumat vermirlər.


“Baxmayaraq ki, biz bununla bğlı qanun qəbul etmişik və qanuna əsasın onlar həm MSK-ya, həm də digər strukturlara bu haqda hesabat verməlidirlər. Biz şəffaflığın təminatı ilə bağlı qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq. Siyasi partiyaların birinin müavininin 41 dəfə bir ölkəyə səfər edib, oradan pul çıxarıb gətirməsi təbii ki, sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almırsan, digər ölkələrin bankından alırsan?”.


S.Novruzov qeyd edib ki, bəzi partiyalar hesabatlarını təqdim etmir və ya təqdim edərkən sıfır rəqəm göstərirlər.


“Amma hansı ki, onların kifayət qədər işçisi və yüksək şəraitləri var. Düşünürəm ki, bunlar yoxlanmalıdır. Əgər hər kəs şəffafdırsa, bu qanunlardan qorxmamlı, öz maliyyə mənbəyini açıqlamalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler