» » XİN-dən şərab festivalına sərt

XİN-dən şərab festivalına sərt REAKSİYA

Bölmə: Siyasət
XİN-dən şərab festivalına sərt
"Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hər hansı bir beynəlxalq tədbrin keçirilməsinə doğru yönəlmiş cəhd qeyri-qanunidir".

Aktual.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, rəsmi Bakı tərəfindən bu qəbildən olan tədbirlərin keçirilməsinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

H. Hacıyev onu da vurğulayıb ki, erməni diasporasının təsiri altında olan bir sıra dairələr və fərdi şəxslər tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərlər edilir və orada müəyyən tədbirlərin keçirilməsinə cəhd edilir: "Bu kimi hallar da tərəfimizdən araşdırılır və həmin şəxslərin vətəndaşlıqları daşıdıqları ölkələrin rəsmi orqanlarına müraciətlər edilir. Onu da qeyd etmək istəyirəm ki, biz hər vəchlə çalışırıq ki, bu qəbildən olan tədbirlərin qarşısı alınsın. Qeyd etdiyiniz şərab festivalı ilə əlaqədar, onun nə dərəcədə beynəlxalq xarakter daşıması və orada beynəlxalq miqyasda kimlərin iştirak edib-etməməsi məsələsi tərəfimizdən araşdırılır və bu istiqamətdə də Azərbaycan Respublikasının xaricdəki diplomatik numayəndəliklərinə də lazımi təlimatlar verilir".

Xatırladaq ki, erməni mediasının yaydığı məlumata görə, Azərbaycanı işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda oktyabrın 18-i ilk dəfə olaraq şərab festivalı keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler