» » Deputatların etik davranış qaydaları ilə bağlı fikirlər haçalanıb

Deputatların etik davranış qaydaları ilə bağlı fikirlər haçalanıb

Bölmə: Siyasət
Deputatların etik davranış qaydaları ilə bağlı fikirlər haçalanıb
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşunun parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Parlamentdən Modern.az-a verilən məlumata görə, hazırda qanun layihəsinin üzərində iş aparılmır.

Məlumata görə, qanun layihəsində olan bəzi məqamlar yumşaldılmağıına ehtiyac yoxdur. Çünki qanun layihəsində göstərilmiş məqamlar Konstitutsiyada əks olunub. Amma parlament üzvləri tətildən qayıtdıqdan sonra qanun layihəsinə yenidən baxılacaq. Qanun layihəsi ikinci oxunuşunun müzakirəsi payız sessiyalarının birində olacaq.

Qeyd edək ki, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov və bir neçə deputat qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildirblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler