» » Rəqabət Məcəlləsi nəhayət bu il qəbul olunacaq

Rəqabət Məcəlləsi nəhayət bu il qəbul olunacaq

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Rəqabət Məcəlləsi nəhayət bu il qəbul olunacaq
2017-ci il ərzində Azərbaycanda çoxdan müzakirə olunan Rəqabət Məcəlləsi qəbul olunacaq.

Xalqinfo.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Plana əsasən, 2017-ci ildə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

1. Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması;
2. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxan komissiyanın hüquq və vəzifələrinin artırılması, qərarların müstəqil qəbul edilməsinin təsbit edilməsi ;
3. Antiinhisar qanunvericiliyi ilə bağlı yerində yoxlamaların aparılması və sübutların götürülməsi zamanı təsərrüfat subyektinin öncədən məlumatlandırılmasının qarşısının alınması nəzərdə tutulur.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib.

Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib.

Beləliklə, nəhayət Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin qəbul edələcəyi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler