» » Elmar Məmmədyarov Belarus xarici işlər naziri ilə görüşdü

Elmar Məmmədyarov Belarus xarici işlər naziri ilə görüşdü

Bölmə: Siyasət
Elmar Məmmədyarov Belarus xarici işlər naziri ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 6 oktyabr 2014-cü il tarixində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

XİN-in mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, görüşdə iki ölkə arasındakı səmimi dostluq münasibətləri əsasında dinamik surətdə inkişaf edən ikitərəfli siyasi-iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Hər iki ölkənin əksər beynəlxalq məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşdüyü vurğulanaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası təmasların xüsusi rola malik olduğu qeyd edilərək, parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı hökumətlərarası əməkdaşlıq komissiyasının növbəti iclası və onun gündəliyində duran məsələlər, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı sərmayələr və uzunmüddətli iqtisadi layihələr kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yüksək texnologiyalar, sənayenin müxtəlif sahələri, kənd-təsərrüfatı və mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün böyük imkanlara malik olduğu qeyd edilib.

Görüşdən sonra Elmar Məmmədyarov və Vladimir Makey tərəfindən birgə mətbuat konfransı keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler