» » Prezidentə 7 təbrik məktubu göndərildi

Prezidentə 7 təbrik məktubu göndərildi

Bölmə: Siyasət
Prezidentə 7 təbrik məktubu göndərildi

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xalqinfo.az məktubun mətnini təqdim edir:

"Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin, xalqın milli və mənəvi ənənələrinə, öz ölkəsinə və onun şanlı tarixinə görə yüksək qürur hissinin təcəssümünün bariz nümunəsidir.

Respublika Günü birliyin və dövlətin yorulmadan həyatın bütün sahələrində öz vətəndaşlarının tərəqqisinin, təhsilin, səhiyyənin və elmin inkişafının qeydinə qalmasının rəmzidir.

Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar və firavanlıq arzu edirəm".

***

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycanın çoxmillətli xalqının birliyini, onun çoxəsrlik tarixini, zəngin mənəvi və mədəni irsinə görə qüruru, ölkənin bütövlüyünü, cəmiyyətdə həmrəyliyi və sabitliyi təcəssüm etdirir.

Bu gün ölkənizin iqtisadi və sosial sahələrdə qazandığı inamlı nailiyyətlər, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, həyat səviyyəsinin və rifahın yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz uzaqgörən siyasətin nəticəsidir.

Xalqlarımız arasında həmişə səmimiyyətə və etimada əsaslanan mehriban qonşuluq və qardaşlıq münasibətləri dağıstanlılar üçün xüsusi dəyər kəsb edir. Əminəm ki, keçmişin şanlı ənənələrinə, hörmət və qarşılıqlı anlaşmaya əsaslanan bu münasibətlər daha da möhkəmlənəcək.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz qüvvə və enerji arzularımı qəbul edin. Azərbaycanın bütün xalqına sülh və tərəqqi diləyirəm".

***

Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başçısı İrina Vlax Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Çox hörmətli cənab Prezident.

Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə hörmət və ehtiramımı bildirirəm.

İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycanın bütün sakinlərini Respublika Günü münasibətilə təbrik edim. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bu əlamətdar gün Azərbaycanın tarixində ən parlaq hadisələrdən biri kimi qalacaq.

Azərbaycan Respublikasının zəngin mədəniyyəti, nadir ənənələri, valehedici təbiəti var. Lakin onun ən əsas sərvəti ölkənin inkişafı və rifah halının yüksəldilməsi naminə çalışan sakinləridir. Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı ilə bağlı nəzərdə tutulan planların uğurla reallaşmasını, sülh və firavanlıq arzu edirəm.

Sizə səmimi qəlbdən uzun illər boyu Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə sədaqətli yoldaşlar və böyük ruh yüksəkliyi arzu edirəm.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə yüksək ehtiramımı bildirirəm".

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi və bütün Azərbaycan xalqını ən əlamətdar bayramlarınızdan biri – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim.

Bu bayram Azərbaycanın çoxmillətli xalqının birliyinin və həmrəyliyinin, habelə ölkənizin uzun illər boyu dünya siyasi arenasında öz nüfuzunu artıraraq getdiyi yolun müstəqil və düzgün olmasının rəmzidir.

Sizə xas olan müstəsna rəhbərlik istedadı, Vətənə hədsiz sevgi, insanlara səmimi qayğı sayəsində bu gün Azərbaycan bütün sahələrdə intensiv, ardıcıl inkişaf nümunəsidir. Hər bir ailəyə səmimi qəlbdən cansağlığı, hər bir evə firavanlıq, sülh və tərəqqi arzu edirəm.

***

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin enerjiniz və müdrikliyiniz sayəsində Azərbaycanda həyata keçirilən dəyişikliklər bu gün cəmiyyətdə birliyi qoruyub saxlamağa imkan verir, sosial problemlərin həllində mühüm nəticələr əldə etməyə və respublika sakinlərinin rifahını yüksəltməyə şərait yaradır.

Əminəm ki, Sizin gözəl diyarınızda həmrəylik və yaradıcı əmək şəraitində Azərbaycan Respublikası naminə yeni təşəbbüslər və planlar uğurla həyata keçiriləcək.

Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, gözəl diyarınıza sülh, tərəqqi və rifah arzu edirəm".

***

Yaponiyanın İmperatoru Akihitodan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler