» » "Artıq bütün dünya türkləri birləşməlidir" -

"Artıq bütün dünya türkləri birləşməlidir" - Əsgər Məmmədov

Bölmə: Siyasət
"Artıq bütün dünya türkləri birləşməlidir" -
“Dünən axşamdan qardaş Türkiyədə baş verən hadisələr türklər üçün növbəti sınaq oldu. Türkiyə Silahlı Qüvvələrinin daxilində yaradılmış azğınlaşmış bir qrupun dövlət çevrilişinə cəht etməsi kimi biabırçı hərəkəti ilə üz-üzə qalan xalq milli iradəsini yumruq kimi birləşib ortaya qoydu, ən böyük gücün xalqa məxsus olmasını, xalq iradəsini zirehli tanklarla belə əzə bilməyəcəklərini, mövcud hakimiyyətin elə xalq seçimi olduğunu həm bu qrupa, həm onların havadarlarına, eləcə də bütün dünyaya sübut etdilər.”

"Xalqinfo"nun məlumatına görə, bu sözləri Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyinin prezidenti Əsgər Məmmədov 2016-ci ilin iyul ayı 15-dən 16-sına keçən gecə Türkiyədə bir qrup ordu mənsubunun dövlət çevrilişi etməyə göstərdiyi cəhti şərh edərkən bildirib.

“Tarixən dünyaya hökmranlıq etmiş, bütün Qərbi və Şərqi öz quluna çevirmiş Türk xalqının güclənməsi xarici qüvvələri narahat edir. Onlar Türkün əvvəlki gücünə yenidən qayıtmasından qorxurlar və bu gün Türk Dünyasını zəiflətmək üçün əllərindən gələni əsirgəmirlər. Bu da onların oyunlarından biri idi. Və türk xalqı,Türkiyə Cumhuriyyəti bu oyunda qalib gələn tərəf oldu.

İşin ən acı məqamı Türkiyəyə bu zərbənin vurulması üçün istifadə edilən insanlar onun ordusuna məxsus şəxslərin olması idi. Əsgərə silah dövləti, xalqı müdafiə etməsi üçün verildiyi halda dünən türk xalqı bu silahın elə özünə tuşlanması acısını da yaşadı. Amma xalq ordunun sadəcə müdafiə üçün olduğunu, idarəetmənin orduya deyil hər zamankı kimi yalnız və yalnız xalqa məxsus olmasını, bunu silah gücünə belə sındıra bilməyəcəklərini qeyd-şərtsiz sübut etdi. Türk xalqının icazəsi olmadan silah gücünə də olsa hər hansı dəyişikliyin mümkünsüzlüyü əyani təsdiqini tapdı. İnsanı öldürməyən hər zərbə onu daha da gücləndirdiyi kimi, biz əminik ki, Türkiyəni də yıxa bilməyən hər zərbə ona daha da güc verəcək, daha da yüksəklərə ucalmasına təkan verəcəkdir.

Dünən gecə həm də Azərbaycan-Türkiyə qardaşlığının biraz da böyüdüyü, daha çox gücləndiyi bir gecə oldu. Azərbaycan bütün gecə oyaq qaldı, 4 gözlə Türkiyədə baş verən hadisələri izlədi, bacardığı mənəvi dəstəyi əsirgəmədi və ən əsası bu hər bir evin, hər bir Azərbaycan vətəndaşının şəxsi təşəbbüsü nəticəsində ərsəyə gəlmiş birlik oldu. Əsl qardaş birliyi nümayiş etdirildi.

Dünən gecə Türkiyəyə Cumhuriyyətinə qarşı təşkil edilən bu çevriliş bütün Türk Dünyasına qarşı vurulmuş zərbədir. Onlar Misir üçün, Suriya üçün tətbiq etdikləri ssenarini icra etməyə cəht etdilər lakin nəticə ala bilmədilər. Çünki bu ərazidə yaşayan tarixən dünyanı öz quluna çevirmiş böyük Türk xalqı idi. Bu kimi ola biləcək növbəti zərbələri dəf etmək üçün artıq bütün dünya türkləri birləşməli, onun dövlətinin, dövlət maraqlarının Türk xalqının iradəsinin toxunulmaz olmasını dünya üçün aksiyoma çerilməlidir!”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler