» » "Xalq öz seçimini etdi etməsinə amma…" -

"Xalq öz seçimini etdi etməsinə amma…" - Əsgər Məmmədov

Bölmə: Siyasət
"Xalq öz seçimini etdi etməsinə amma…" -
İnkişaf edən dövlətin qanunvericiliyi də zamanla inkişaf etməli, təkmilləşdirilməlidir. Azərbaycan da bu tarixi addımı atmağa, öz Konsitutsiyasına dəyişiklik etməyə hazırlaşır. Nəzərdə tutulan dəyişikliklər dövlətin inkişaf strategiyasina uyğun olaraq onun, xalqının və hər bir vətəndaşın təhlükəsizliyini daha güclü müdafiə etməyə hesablanmışdır. Bu məqsədlə hazırlanmış, əsas hədəfləri insan hüquqlarının səmərəli qorunması, güclü prezidentlik insitutunun yaradılması kimi məsələləri özündə cəmləyəcək Konsitutsiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi ilə bağlı olan Referendum hər zamankı kimi xalqa müxalif qüvvələrin yenidən “narahat olmasına” səbəb olub.

Yaxın keçmişə nəzər salsaq qardaş Türkiyədə hakimiyyətlə xalqı qarşı-qarşıya qoymağa cəht edildi. Amma bacarmadılar, xalq-dövlət birliyini poza bilmədilər. Və qəribə deyilmi niyə məhz müsəlman dövlətlərində bu kimi proseslər baş verir?! Çünki İslam dinindən uzaq düşmüş cahil mollaların fəaliyyəti sayəsində din inanc mənbəyi olmaqdan çıxaraq əcaib bir formaya gətirilmişdir. Din adı altında insanlar siyasi oyuncaqlar kimi xarici qüvvələr tərəfindən idarə edilməyə başlanılmışdır. Və müsəlman ölkələrində yaradılan bu qrupa daxil olmuş böyük kütlədə savadsızlıq baş alıb getmiş, özləri də bilmədikləri məzhəbə qulluq edərək idarəedilən robotlara çevrilmişlər. Analiz qabiliyyətini itirmiş, dərin cahillik uçurumuna atılmış bu kütlədən təssüf ki, Azərbaycanda da yaradılıb, və lazım olduqda “istifadəyə buraxılırlar”. Yaşadığımız yaxın günlərdə olduğu kimi.

Xarici qüvvələrinin daxilimizdə olan əlaltıları məlum təbii proses nəticəsində yatdıqları yuxudan oyanaraq Referendum tarixinin yaxınlaşmasını ilə əlaqədar ara qarışdırma cəhtlərindən yenə də bacardıqları qədər istifadə etməyə çalışırlar. Milçəyin ürək bulandırmağa çalışması kimi! Bəlkə çoxları bunu uyğun olmayan misal kimi qiymətləndirəcək, amma əlbəttə ki, fikrimi açıqlaya bilərəm. Azərbaycanın hazırda 10 milyon əhalisi var! Bu qüvvələrin neçə günlərlə hər vəclə insanları dəvət edib həyata keçirdikləri mitinqə isə cəmi 2500 nəfər insan toplaşmışdı ki, bu ölkə əhalisinin cəmi 0,002%-i deməkdir. Adam ətrafına ölkə əhalisinin 1%-ni toplaya bilmədiyi halda, hakimiyyətdən, problem həllindən, idarəetmə xəyallarından “dəm vurur”! Əlbəttə ki, bizim xalqımızın analiz qabiliyyətli, düşünmə bacarığı olan savadlı vətəndaşlarımız üstünlük təşkil etməsi nəticəsində bütün bu məqamları görür və düzgün qərar verirlər. Bir də 10-u 5-ə bölə bilməyən “lider” kimə lazımdır! Bu kimi liderlərin idarə etdiyi kiçicik toplantılar sizcə xalqın fikrini dəyişə bilərmi?

İkinci bir məqam isə müxalifət tərəfinin “Referenduma yox deyək” adı altında keçirdikləri mitinqlərdə Referendumda edilən dəyişikliklərdən bir kəlimə də deməyib öz templərinə uyğun olaraq 20 ildir əzbərlədikləri mətni təkrarladılar, problemləri həll etməkdən danışıldı. Hansı problem üçün necə həll yolu seçdiklərindən isə heç kimin xəbəri olmadı, deyəsən özləri də bilmirlər. Sual altında qalan məqam isə hər daim insan hüquqlarından avaz oxuyanlar, niyə bu sahədə aparılan təkmilləşdirmə prosesinə “yox” deməyə çağırırlar ki insanları? Axı məsələnin əsli doğurdanda dilə gətirdikləri idisə, həqiqətən də insan hüquqlarına görə narahat idilərsə, nəyə “yox” deyirlər? Sizə də elə gəlmirmi ki, bunlar nə etdiklərini özləri də bilmirlər! İndi siz deyin, bunlar milçək deyil nədir bəs?

Mən üzümü bütün həmvətənlərimə tutaraq 26 sentyabr tarixində keçiriləcək olan Referendumda qeyd edilən dəyişikliklərə Azərbaycanın işıqlı gələcəyi naminə, güclü dövlət, güclü xalq olmaq naminə “hə” deməyə səsləyirəm. Gücümüzü, xalq-dövlət arasında olan sarsılmaz birliyi, xalq olaraq seçimimizi bir daha göstərməyin vaxtıdır!

P.S Xatırlayıram ki, 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində müxalifət partiyaların rəhbərlərindən biri “Xalq öz seçimini edəcək, artıq biz gəlirik!” deyə bir ifadə işlətmişdi! Xalq öz seçimini etdi etməsinə. Amma gələn siz olmadız! 13 il keçib bu tarixdən. Getdiyiniz yolun səhv olduğunu, sizi xalqa qovuşdurmayacağını hələ anlaya bilməmisiz? Heç olmasa salamatsızmı?

Əsgər Məmmədov

"Demokratik Cəmiyyətin İnkişafına Yardım" İctimai Birliyinin prezidenti

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler