» » İlham Əliyev İordaniya kralını təbrik etdi

İlham Əliyev İordaniya kralını təbrik etdi

Bölmə: Siyasət
İlham Əliyev İordaniya kralını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Xalqinfo.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler