» » Azərbaycan XİN Mançesterdəki terroru araşdırır

Azərbaycan XİN Mançesterdəki terroru araşdırır

Bölmə: Siyasət
Azərbaycan XİN Mançesterdəki terroru araşdırır
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını yerli orqanlar vasitəsilə araşdırır.

Xalqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək", - deyə, H.Hacıyev əlavə edib.

Qeyd edək ki, ötən gün İngiltərənin Mançester şəhərində konsert zamanı terror aktı törədilib.Baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Terror aktının terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

Terrror aktı “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı baş verib. Müğənni xəsarət almayıb.

Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler