» » ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırıldı

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırıldı

Bölmə: Siyasət
ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırıldı
ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Xalqinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, səfirə ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfər edərkən onu müşayiət edən XİN rəhbəri Mövlud Çavuşoğlunun mühafizəçilərinə qarşı ABŞ təhlükəsizlik qüvvələrinin qeyri-peşəkar davranışı ilə bağlı yazılı və şifahi etiraz bildirilib.

Türkiyə XİN-i rəsmən ABŞ hökumətindən bu diplomatik insidenti tam araşdırmağı və zəruri izahatlar təqdim etməyi tələb edib.

Xatırladaq ki, R. T. Ərdoğan mayın 16-da ABŞ-a səfər edib. Vaşinqtonun mərkəzində Türkiyə liderinin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler