» » Ərdoğan ermənini belə susdurdu – Yeniləndi + Video

Ərdoğan ermənini belə susdurdu – Yeniləndi + Video

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Ərdoğan ermənini belə susdurdu – Yeniləndi + Video
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışına sərt reaksiya verib.

Xalqinfo.az türk mediasına istinadla xəbər verir ki, Aşot Hovakimyan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun çıxışı zamanı işlətdiyi “Üzv ölkələrdən biri hələ də zəhərli ideologiyasından əl çəkməyib” cümləsinə cavab olaraq QDİƏT-in siyasi suçlama üçün meydan olmadığını deyib.

İclasa başçılıq edən Ərdoğan dərhal Ermənistan XİN təmsilçisinə müdaxilə edərək onunla razılaşmadığını dilə gətirib: “Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi suçlama və dəyərləndirmə etmədi. Siz isə çıxışınızın demək olar hamısını siyasi suçlama və dəyərləndirməyə həsr etdiniz. Bu isə fikrimcə, doğru deyil”- deyərək Hovakimyanı tənqid edib.

Türkiyə Prezidenti Rusiya Baş naziri Dmitri Medvedyevə işarə edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cavabdeh olan beynəlxalq təşkilatın ATƏT-in Minsk Qrupu olduğunu xatırladıb: “Minsk qrupunun digər həmsədr ölkələrindən ABŞ, Fransa nümayəndələri aramızda deyil. Kaş qısa zamanda bu dəyərəndirmə bitmiş olardı. 20 ildir aparılan danışıqlar prosesi uzun müddət davam etməməlidir”.

Aşot Hovakimyan sammitdə çıxışının demək olar ki, böyük hissəsini Qarabağ münaqişəsinə həsr edib. Sözügedən toplantıdan videonu təqdim edirik:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler