» » Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Foto

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Foto

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Foto
Məşhur azərbaycanlı oliqarx, "PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır.

Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı İbrahim Nehrəmli və başqa iş adamları kimi "Beynəlxalq Bank” işində cəncələ keçmişdi.

Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes "imperiyası” çökməkdədir.

Xalqinfo”nun BakiPost.az-a istinadən xəbərinə görə, oliqarxa məxsus brilliant mağazası fəaliyyətini dayandırıb.

"PNN Group”un tərəfdaşlarından olan məşhur "De Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən mağazası artıq bağlanıb.

Şirkətin 2013-cü ildən Bakıda satışını həyata keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir. Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi göstərilir.

Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.

Fotoda Nizami Piriyevin oğlu Nəsib Piriyev

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Foto














İş adamının bir müddət əvvəl açdığı "Port Baku Mall”da yerləşən dünyaca tanınmış "WH Smith book-café” fəaliyyətini ötən il dayandırıb.

"De Beers” brendi isə Bakıda 2013-cü ilin fevral ayından fəaliyyət göstərirdi. Mağazanın işləri ilə əsasən "PNN Group”un digər ortağı, Nizami Piriyevin oğlu Nəsib Piriyev məşğul olurdu.

"PNN Group”un əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir. "PNN Group” "De Beers”lə yanaşı, "Hamley's” brendinin də tərəfdaşıdır.

Ötən il isə mətbuatda 2015-ci ilin əvvəlindən bəri fəaliyyətini dayandıran və N.Piriyevə məxsus "Metanol” zavodunun SOCAR-a satıldığı ilə bağlı xəbərlər yayılmışdı.

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Foto
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler