» » Azərbaycan əleyhinə ermənilərin çıxışına - Ərdoğandan sərt reaksiya

Azərbaycan əleyhinə ermənilərin çıxışına - Ərdoğandan sərt reaksiya

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Azərbaycan əleyhinə ermənilərin çıxışına - Ərdoğandan sərt reaksiya
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub.

Xalqinfo.az-ın APA-ya istinadən məlumatına görə, A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir. O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır.

A. Hovakimyanın çıxışından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla razılaşmadığını bəyan edib: “Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etmədi. Amma siz öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Bu isə mənim fikrimcə, düzgün deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler