» » "Bunun erməni həyasızlığı olduğunu bildirdim"

"Bunun erməni həyasızlığı olduğunu bildirdim"

Bölmə: Siyasət
"Bunun erməni həyasızlığı olduğunu bildirdim"

Sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) ənənəvi büro və daimi komissiyalarda keçirilən yığıncaqlardan sonra ilk iş gününə başlayıb.

AŞPA-nın iclasının ilk günündə Azərbaycan və Ermənistan deputatları arasında gərgin müzakirə olub.

Bu barədə millət vəkili Fazil Mustafa məlumat verib. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üzv olduğu Avropa Liberal Demokratik Alyansda gərgin müzakirələr oldu:

`İlk öncə erməni millət vəkili Zöhrabyan, Qarabağ erməniləri üçün Azərbaycanda yaşamağın mümkünsüzlüyünü dilə gətirdi və bildirdi ki, millətlərin öz müqəddəratını təyin etmə hüququ əsas götürülməlidir. Millət vəkili Rəfail Hüseynov onun cavabını verdi ki, işğalla öz müqəddəratını təyin etmə arasında fərqi doğru anlamaq lazımdır. Bir qədər sonra təkrar söz alan erməni millət vəkili Krımla Qarabağın müqayisəsinin yanlış olduğunu, bu məsələnin Şotlandiya ilə müqaisə olunmasının daha yerində olacağını dilə gətirdi. Bu dəfə mən söz alaraq, bunun erməni həyasızlığı olduğunu bildirdim. Və təklif etdim ki, Ermənistanın Qarabağı işğalı sözünü işlətməkdən Avropa Şurası qorxursa, o zaman Krımın da, Gürcüstan ərazilərinin də işğalından danişmaqdan imtina edin. Ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, işğal etdikləri ərazilər boşaltsınlar, bütün qaçqınlar öz torpaqlarına qayıtsınlar, o zaman bölgənin bütün əhalisi ilə birlikdə Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər. Yenidən söz almaq istəyəndə, mən də cavab verəcəyimi bildirdiyimə görə spiker müzakirələri kəsdi`.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler