» » Putin Əliyevlə görüşdü - Foto

Putin Əliyevlə görüşdü - Foto

Bölmə: Siyasət, MANŞET
Putin Əliyevlə görüşdü - Foto
Prezident İlham Əliyevlə və Qazaxıstan Respublikasının dövlət başçısı Nursultan Nazarbayevin Həştərxanda görüşü olub.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb.

Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Rusiya prezidenti Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiyindən razılığını ifadə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler