» » Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

Bölmə: Siyasət
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
Respublikanın daxili işlər orqanlarının əməkdaşları may ayının 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Xalqinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, nazir Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, respublikamızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və dövründə yerli və əcnəbi qonaqların təhlükəsizliyinin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrdə, həmçinin bildirilir ki, İslamiada ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq, həmçinin bütün strateji əhəmiyyətli obyektlərin, o cümlədən su, hava, dəmiryolu nəqliyyatının, avtovağzalların, limanların, metropolitenin, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler