Abdullah Gül AŞPA-nın qərarına münasibət bildirdiBölmə: Siyasət
Türkiyənin 11-ci prezidenti Abdullah Gül Avropa Şurası Parlament Assambleyasının qərarına münasibət bildirib. Xalqinfo.az xəbər verir ki, Abdulla Gül Tvitter hesabında "AŞPA-nın qərarına dair dəyərləndirməm" başlığında bəyanat verib. Gül Türkiyənin yeni islahat prosesinə girməsinin lazım olduğunu bildirib: “AŞPA-nın qərarına görə təəssüflənirəm. Məsələyə münasibətimi bildirmək üçün bir müddət gözləməyi üstün tutdum. Rəsmilərimiz də lazımı mövqeyi ortaya qoydular”. Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib. AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|