» » Bu şəxslərə diplomatik rütbə verilir

Bu şəxslərə diplomatik rütbə verilir

Bölmə: Siyasət
Bu şəxslərə diplomatik rütbə verilir
Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik korpuslarının ticarət nümayəndəliklərində fəaliyyətə başlayan şəxslərə diplomatik rütbə verilir.

Xalqinfo” xəbər verir ki, bununla bağlı “Diplomatik xidmət haqqında” qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, diplomatik xidmət qanunvericiliyində yeni təsis olunmuş ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyəli elçi rütbəsi veriləcək.

Sözügedən dəyişiklik Azərbaycanın iqtisadi əlaqələrinin genişlənməsinə, istər ölkəyə investisiya cəlbi, istərsə də qabaqcıl kampaniyalarla əlaqələrin qurulmasına, həmin sahədə professional xidmət və fəaliyyət aparan nümayəndəliyimizin inkişafına kömək edəcək.

Qeyd edək ki, qanun layihəsinə təklif edilən dəyişiklik Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler