» » Novruz Məmmədov amerikalı siyasətçini tənqid edib

Novruz Məmmədov amerikalı siyasətçini tənqid edib

Bölmə: Siyasət
Novruz Məmmədov amerikalı siyasətçini tənqid edib
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov haqqında yalan məlumatlar yayan amerikalı siyasətçini tənqid edib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə N. Məmmədov özünün Twitter səhifəsində yazıb.

“Gözlədiyimdən daha bir həftə keçib. Lakin yenidən susqunluğu davam etdirməyə qərar verdiniz. Görünən odur ki, yalan və böhtan yaymaq gündəlik işinizdir. Sizi kimilərin bu kimi işlərdən xoşu gəlir – müəyyən bir şəxsi hədəf alaraq ictimai rəy formalaşdırmaq və sonadək istənilən bir şey barədə yazmaq. Kozlariç də yalanlarınızı oxumaqdan məmnun idi. Sizin prezident Donald Trampla mövcud olan problemlərinizi nəzərə alsaq, düşünürəm ki, tanımadığınız insanlar barədə əhvalatlar yazmaqla təsəlli tapırsınız”, - deyə N. Məmmədov vurğulayıb.

Qeyd edək ki, ötən həftə N. Məmmədov haqqında yalan məlumatlar yayan amerikalı siyasətçi Skott Dvorkindən üzr istəməsini tələb edib. Amerikalı siyasətçi N. Məmmədovun ABŞ-da iki evə malik olduğunu iddia edib. Buna cavab olaraq, N. Məmmədov S. Dvorkinin bunu sübut edə biləcəyi təqdirdə, evlərdən birini ona hədiyyə edəcəyini söz verib.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler