» » Qafqazda yeni savaş: Kadırov devrilir

Qafqazda yeni savaş: Kadırov devrilir

Bölmə: Siyasət, Dünya
Qafqazda yeni savaş: Kadırov devrilir
Rusiya Qafqazda yeni müharibə başlada bilər.

Xalqinfo.az xəbər verir ki, bunu “Politeka” portalına müsahibəsində İsrail politoloqu Avram Şmuleviç söyləyib. O, artıq Moskvanın Çeçenistan lideri Ramzan Kadırovu diktator kimi göstərməyə başladığını bildirib:

“Qafqazda artan gərginliklər, özəlliklə, Dağıstanda yük avtomobilləri sürücülərinin aktiv etirazları fonunda Kreml vətəndaşların diqqətini Kadırova yönəltmək və rusiyalıların böyük hissəsinin nifrət etdiyi şəxsi öz postundan götürmək istəyir. Artıq Çeçenistanda öldürülən geylərlə bağlı mövzu ortaya çıxıb. Hər kəs gözəl bilir ki, Çeçenistanda insanlar çoxdan və tez-tez öldürülür. Moskva artıq Dağıstandakı etirazçılara qarşı hərbi texnikadan da istifadə edib. Kreml üçün Şimali Qafqazda güclü xalq hərəkatının peyda olması, onun terrorçu fəaliyyətlərdən çəkinərək, iqtisadi və milli-azadlıq şüarları səsləndirməsi kabusdur. Əgər qafqazlılar bunu edə bilsə, bu, Rusiya hakimiyyətinin sonu olacaq”, – deyə o bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler