» » Milli Şuranın mitinqində iştirak edənlər cəzalandı - 48 nəfər işdən qovuldu

Milli Şuranın mitinqində iştirak edənlər cəzalandı - 48 nəfər işdən qovuldu

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Milli Şuranın mitinqində iştirak edənlər cəzalandı - 48 nəfər işdən qovuldu
Milli Şuranın 8 aprel tarixli mitinqində iştirak edənlərin bir qismi cəzalandırılıb.

"Xalqinfo" musavat.con-a istinadən xəbər verir ki, 8 aprel mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında artıq çox kəskin cəza tədbirləri həyata keçirilib.

Qeyd edək ki, bu barədə sayt 19 aprel tarixində məlumat yaymışdı.

Həmin məlumatda iddia olunurdu ki, Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və foto görüntülərə alınıb.

Həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq, kimliyi müəyyən edilən müəllim və tələbələrin, o cümlədən, mənzil istismar sahələri əməkdaşlarının cəzalandırılması yekunlaşıb.

Milli Şuranın mitinqində iştirak edənlər cəzalandı - 48 nəfər işdən qovuldu














Mitinqdə iştirak etməsi təsbit olunan müəllimlər işdən qovulub; tələbələrin isə oxuduqları təhsil müəssisələrindən uzaqlaşdırılması proseduruna start verilib. Eyni zamanda, bir neçə MİS əməkdaşı işdən uzaqlaşdırılıb.

Musavat.com-a konkret rəqəmlər də daxil olub. Belə ki, indiyə qədər 48 mitinq iştirakçısı işdən qovulub. Saytımız onlardan 5 nəfərinin adlarını dəqiqləşdirə bilib.

1. Vasif Alışlı, Saatlı rayonu Qaranuru kənd ümumi orta məktəbində müəllim

2. Səmid Məmmədov, Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə müəllim

3. Salam Mahmudov, Göyçay rayon Ləkçılpaq 2 saylı kənd orta məktəbində müəllim

4. Mahir Qocayev, Yuxarı Şirvan Kanal İstismar İdarəsində mühəndis hidrotexnik

5. Əli Abdullayev, Ağdaş Magistral Qaz kəmərləri istismarı sahəsində fəhlə

Məlum olduğu kimi, 8 aprel mitinqində çox az sayda insan iştirak edib və təşkilatçıların özləri, o cümlədən, AXCP sədri Əli Kərimli də bu aksiyanı özündən əvvəlkilərdən çox sönük kimi qiymətləndiriblər. Belə bir şəraitdə hakimiyyətin mitinq iştirakçılarının kimliyini təsbit etməsi və cəza paketini işə salması da asan olub.

Görünür, hakimiyyət müxalifətin nüvəsini də dağıtmaqda qərarlıdır və buna görə də güzəştsiz davranır, etirazçılara qoşulan az sayda büdcə çalışanlarını cəzalandıraraq, yerdə qalanlar üçün görk yaradır .

Milli Şuranın mitinqində iştirak edənlər cəzalandı - 48 nəfər işdən qovuldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler