» » Kəmaləddin Heydərova vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərova vətəndaşlarla görüşəcək

Bölmə: Siyasət
Kəmaləddin Heydərova vətəndaşlarla görüşəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 28-də Qobustan şəhərindəki Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Xalqinfo”ya verilən məlumata görə, qəbulda yalnız Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında aprelin 27-də saat 09.00-da başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler