» » O, Fransanı özündən 25 yaş böyük arvadı ilə idarə edəcək

O, Fransanı özündən 25 yaş böyük arvadı ilə idarə edəcək

Bölmə: Siyasət, Dünya
O, Fransanı özündən 25 yaş böyük arvadı ilə idarə edəcək
Fransada prezidentliyə namizəd Emmanuel Makronun həyat yoldaşı 64 yaşlı Bricit Trogne ondan 25 yaş böyükdür və bir vaxtlar ona orta məktəbin dram dərnəyində müəllimlik edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Deyli Meil” qəzeti yazıb.

Məqalədə deyilir ki, aralarında əsrin dörddə biri qədər yaş fərqi olan cütlük rəy sorğularının nəticələrinə görə böyük bir ehtimalla Yelisey sarayanın gələcək sakini olacaq. Bu da qeyd olunmalıdır ki, proqnozlar özünü doğrultsa, 39 yaşlı Makronun adı Fransa tarixinə ən gənc prezident kimi yazılacaq.

Qəzet yazıb ki, onlar ilk dəfə görüşəndə Makronun 15 yaşı vardı, lakin elə o vaxt o müəlliməsini mat qoyan bir vəd etmişdi.

"17 yaşında Emmanuel mənə dedi: Nə istəyirsən elə, mən səninlə evlənəcəyəm" - xanım Trogne “Paris Matç” jurnalına müsahibəsində deyib.

Məqalədə deyilir ki, onların ciddi münasibətləri Trognenin tamaşa parçalarında oynayandan başlanıb. O vaxt 18 yaşı olan Makron Fransanın şimalında yerləşən Amiens şəhərindəki özəl yezuit məktəbində oxuyurdu.

Həmin vaxtlarda soyadı Ozier olan Bricit ərdə idi və üç uşaq anasıydı. O, dram dərnəyinə başçılıq edirdi, yeniyetmə Emmanuel isə ədəbiyyat aşiqi idi və yazıçı olmaq istəyirdi. Onu dram dərnəyinə də elə bu arzusu gətirmişdi.

Bundan sonra Emmanuel ali məktəbin son kursunu bitirmək üçün Parisə köçmür, amma müəlliməsi ilə əlaqəsini itirmir.

Makron xatırlayır ki, onlar daim bir-birlərinə zəng edər, saatlarla telefondan asılardılar.

Xanım Trogne isə bir televiziya sənədli filmində xatırlayırdı: "O yavaş-yavaş mənim bütün müqavimətimi yarırdı. İnanılmaz dərəcədə inadkar və səbirli idi".

Məqalədə deyilib ki, sonunda Trogne ərindən rəsmən boşanaraq Emmanuelə qovuşmaq üçün Parisə köçüb və həmin vaxtdan bəri onlar heç vaxt ayrılmayıblar.

İki sevgili rəsmən 2007-ci ildə evləniblər, Bricit yeni ərinin soyadını götürməyib. O, indi məhz Trogne soyadı ilə ərinin seçki kampaniyasında iştirak edir.

"Yox, mən onu gizlətmirəm. O, burada, mənim yanımda, mənim həyatımdadır", - Makron Fransa telekanallarından birinə deyib.

Ötən ay Makronun çıxışından sonra ər-arvad səhnədə öpüşüblər. Makron tərəfdarlarına deyib ki, bu qadına borcludur, çünki onun formalaşıb indiki Makron olmasında Bricitin əvəzsiz rolu olub.

O, çıxışlarında "əgər seçilsəm" yox, "əgər seçilsək" deyir.

Cənab Makron Parisin Nanterre Universitetində fəlsəfə ixtisası üzrə təhsil alıb və bundan sonra ölkənin elitar Milli İdarəetmə Akademiyasına daxil olub.

Bir neçə il dövlət qulluğunda çalışdıqdan sonra Makron “Rotşild” bankında işə başlayıb.

O, 2012-ci ildə Fransa Prezidenti Fransua Ollandın iqtisadiyyat üzrə müşavirlərindən biri olmazdan əvvəl karyera nərdivanı ilə sürətlə qalxmış və artıq milyonların sahibi olmuşdu.

Bu ilin fevral ayında Makron gözlənilmədən onun barəsində yayılmış dedi-qodu ilə üzləşmişdi.

Bəziləri onun başqa bir kişi ilə arvadına sədaqətsizlik etdiyini deyirdilər. Onun siyasi rəqibləri hətta iddia edirdilər ki, Makronu "qüdrətli gey lobbisi" dəstəkləyir.

Makron “Fransa radiosu” (Radio France) stansiyasının baş direktoru Matiö Qalle ilə aralarındakı homoseksual münasibətlərə dair şayiələri lağa qoyaraq rədd edib.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler