» » Ərdoğan kürsüsünü 10 yaşlı oğlana verdi -

Ərdoğan kürsüsünü 10 yaşlı oğlana verdi - FOTO

Bölmə: Siyasət, Dünya
Ərdoğan kürsüsünü 10 yaşlı oğlana verdi -
Türkiyə Rəcəb Tayyib Ərdoğan Ankarada prezident kompleksində məktəblilərdən ibarət qrupu qəbul edib.

Xalqinfo.az Anadolu-ya istinadən xəbər verir ki, Türkiyədə Milli Müstəqillik və Uşaq Günü münasibəti ilə dövlət başçısı uşaqlar qarşısında çıxış edib.

“Əli öpülməyə layiq olan üç insan var – ata, ana və müəllim. Başqa heç kim!”, - Ərdoğan deyib.

“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Türkiyənin gələcəyinin zəmanətidir”, - o vurğulayıb.

Daha sonra Ərdoğan, 10 yaşlı dördüncü sinif şagirdi Məhmət Akifə öz kürsüsündə yer verib.

Türkiyədə uşaq günü 1920-ci ildə Ankarada Böyük Millət Məclisinin qurultayının çağırışı şərəfinə qeyd edilir. Bu gündə milli kostyum geyinmiş uşaqlar Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edirlər.

Bu günlərdə ölkədə uşaqlar və yeniyetmələr üçün teatr tamaşaları və konsertlər keçirilib. Yüzlərlə uşaq TRT-nin 39-cu Beynəlxalq Uşaq festivalında iştirak edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler