» » İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib

İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş prezidenti Haynts Fişeri qəbul edib.

Xalqinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırladılar.

Dövlətimizin başçısı İlham Əliyev və keçmiş Prezident H.Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd etdi.

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulandı, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler