» » Trampın vədləri və əməlləri:

Trampın vədləri və əməlləri: Yəhudiləri niyə aldatdı? + Fotolar

Bölmə: Siyasət, Dünya
Trampın vədləri və əməlləri:
“”Mən hərbi əməliyyatları necə və nə zaman planlaşdırdığım haqqında danışmağı sevmirəm” bu sözləri Tramp, aprel ayının 5-də İordaniya kralı Abdullahla mətbuat konfransında olarkən qeyd edib. Və iki gündən sonra ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Bütün dünya Trampın bu addımını müzakirə etdi.

Seçkiqabağı vədlərinə əməl etməyən Ağ ev rəhbərinin bu addımı bir daha sübut etdi ki, Trampın mükəmməl xarici siyasəti yoxdur”.

Rusiya mətbuatı ekspertlərin köməyi ilə Trampın dedikləri və elədikləri arasında paralellər aparıb. Dövlət.az Publika.az-a istinadən həmin materialı təqdim edir:

“Biz icazə verə bilmərik ki, Çin ölkəmizi istismar eləsin. Bəşər tarixinin ən böyük fırıldaqçılığını Çin hökuməti edir” – Bu sözləri Donald Tramp seçkiqabağı kampaniyada ÇXR problemi haqqında sualları cavablandırakən deyib. O söz vermişdi ki, Pekin tərəfindən “oğurlanan” iş yerlərini geri qaytaracaq.

Prezident seçildikdən sonra Tramp Floridada ÇXR-in rəhbəri Si Çizinpini qarşılayıb. Yemək süfrəsi ətrafında danışıqlardan sonra jurnalistlərə açıqlama verən Ağ ev rəhbəri: “Biz artıq uğurlu dostluq münasibətləri qurmuşuq. Düşünürəm ki, uzaq perspektivdə iki ölkə arasında çox gözəl münasibətlər olacaq. Mən də bu anı səbirsizliklə gözləyirəm” – deyə, təəsüratlarını bölüşüb.

2015-ci ildə Ağ evin sabiq prezidenti Barak Obamanın Si Çizinpin ilə danışıqlar aparmasına münasibət bildirən Tramp “Onunla çox vaxt itirməyinə dəyməz, “Mc Donalts” masası ətrafında da yemək yeyib, söhbət etmək olar” deyib. Maraqlısı budur ki, hakimiyyətə gəldikdən sonra Tramp dediklərinin əksini edir. Sabiq prezidentə çox vaxt ayırmamasını tövsiyyə edən Tramp çinli həmkarına Floridadakı malikanəsində xüsusi qonaqlıq təşkil edib və onu sevimli yeməyi olan “steyk”ə qonaq edib.

Trampın vədləri və əməlləri:












Seçkiqabağı bir çox başqa siyasi vədlər verən Tramp deyəsən onları da yerinə yetirə bilməyəcək. Məsələn, o, Çini Amerikaya idxal olunan malların rüsumlarını 45%-dək qaldıracağı ilə hədələyirdi. Və bunların heç biri baş vermədi. Tam əksinə, ABŞ-ın maliyyə naziri Stiven Mnaçin bildirib ki, ABŞ müəyyən olunmuş valyutaya riayət edəcək və Çin hələ formal olaraq 3 meyardan yalnız 1-nə cavab verir. Andiçmə mərasiminə qədər Tramp Çin ilə siyasi münasibətlərdən çox asanlıqla imtina edəcəyini, Tayvanın müstəqilliyini tanımağa hazır olduğunu deyirdi. Lakin elə Si Çizinpinlə ilk telefon danışığından sonra qərarını dəyişib.

Trampın Çinə qarşı münasibətlərinin tamamilə dəyişdiyini demək düzgün olmazdı. Tramp 31 mart tarixində, çinli həmkarının səfəri ərəfəsində beynəlxalq ticarətdə sui-istifadə halları ilə mübarizə haqqında iki fərman imzalayıb. Dövlət qulluqçularına üç ay müddətində irimiqyaslı yoxlamalar başladıb, ticarət sahəsindəki yaranmış qeyri-tarazlığın səbəbini araşdırmaları tapşırılıb. Əlavə olaraq, məmurlara xarici istehsalçılara qarşı bir sıra tədbirlər görmələri deyilib.

“Amerika əminamanlığının oğurluğuna son qoyulacaq” – Tramp yeni fərmanlar imzalayacaq.

Amerika və Çin liderlərinin Floridada keçirilən danışıqları zamanı ABŞ Hərbi Dəniz Qüvvələri vasitəsilə Suriya hökumətinə məxsus aerodroma raket zərbəsi endirib. Bir çox ekspertlərin fikrincə, bu hadisə Çin hökümətinə ABŞ-ın yeni prezidentinin öz sələfindən fərqli olaraq, hansı üsullarla zərbələr endirəcəyini nümayiş etdirmiş oldu.
Liderlərin görüşündən sonra Tramp öz tviter hesabında milyonlarla oxucusuna müraciət edib:

“Si Çizinpini və onun xanımı Pen Lyuzanı qəbul etmək mənim üçün böyük şərəf idi. Biz yaxşı dostluq və qarşılıqlı anlaşma əldə etmişik. Ticarət sahəsindəki dəyişiklikləri isə zaman göstərəcək”.

Moskvalı dostum

“Mənə elə gəlir ki, Putinlə biz çox yaxşı yola gedərik”- Tramp seçkiqabağı kampaniya zamanı Rusiya prezidenti ilə şəxsi münasibətlərin yaxşılaşmasına, Moskva və Vaşinqton arasında sıx əməkdaşlığın formalaşacağına ümid etdiyini dəfələrlə vurğulayıb. “Biz onları (rusları) Çinin qucağına atdıq. “Rusiya və Çinini yaxınlaşmasına heç vaxt imkan verməyin”, o, öz motivlərini belə izah edib.

Təhlükəsizlik orqanlarında çalışan xakerlər Trampa seçkiqabağı kampaniyada köməklik etməkdə ittiham olunublar. Amerika mətbuatı bu hadisəni Rusiyanın daxili siyasətini az qala əlində oyuncaq etmişdi.

Lakin, Politico qəzeti qeyd edir ki, Suriya ərazisinə endirilən raket zərbələrini Tramp bir neçə gün ərzində planlaşdırmışdı. ABŞ lideri bu addımında Rusiya əleyhinə də addımlar atmağa qadir olduğunu sübut etmək istəyib.

Trampın vədləri və əməlləri:














Bu tezisin məğzi onu göstərir ki, zərbənin real nəticələri cüzi olub və bu hərbi aksiya və Moskva ilə münasibətlərə qaçılmaz təsir göstərməyib. ABŞ-ın dövlət katibi Tillersonun Rusiyaya səfəri ləğv olunmayıb. Kreml Suriya mövzusunda ABŞ-la əməkdaşlığın perspektivlərinə hələ də inanır.

Terrorizmlə mübarizədə nüvə silahının başqa sahələrə yayılması mövzusunda ABŞ və Rusiya da əməkdaşlıq edə bilər. Tərəflərin arasında heç bir güzəşt anlaşmasına ehtiyyac yoxdur. “Belə güzəştlərin tələb edilmədiyi çox az sahələr mövcuddur”- Kennan institunun direktoru Metyu Rojanski belə hesab edir. Onun sözlərinə görə, mütəmadi olaraq bu istiqamətlərdə işləməyə başlasaq, tədricən digər məsəsləri də həll etmək olar.

Rusiya Elmlər Akademiyasının əməkdaşı Fyodor Voytolovski ölkə mətbuatına müsahibəsində qeyd edib ki, Moskva Trampın mürəkkəb daxili siyasi şəraitdə olduğunu nəzərə alaraq əlaqələrin yenidən bərpa olunmasına kəskin etiraz etməyib:

“Rusiya ilə ABŞ arasında Suriya mövzusunda danışıqlara hazırlıq davam edir, səfər ləğv edilməyib”.

Fyodr Voytovski onu da qeyd edib ki, Tillerson Suriya mövzusunu ilə yanaşı digər mövzularıda müzakirə edəcək:

“Tillersonun “çamadanında” bir çox başqa mövzular da olacaq: misal olaraq, Ukrayna, beynəlxalq terrorizmlə mübarizə, ikitərəfli münasibətlər (o cümlədən iqtisadi problemlər), silah nəzarəti və sanksiyalar” .

“Sanksiyalarla bağlı müzakirələr qapalı görüşdə aparılacaq” -deyə Voytolovski ağzından qaçırıb.

Yaxın Şərqin müttəfiqidir

2015-ci ilin dekabr ayında Vaşinqtonda yəhudi və respublikaçıların forumu keçirilib. Forumda iştirak edən Tramp “mən İsrailin başına gələ biləcək ən yaxşı hadisəyəm” deyib. Çıxışında onu da qeyd edib ki, Təl-Əvivin ən yaxşı dostu olacaq və hətta Qüdsü yəhudi dövlətinin paytaxtı kimi qəbul edəcək.

Trampın vədləri və əməlləri:














Tramp hakimiyyətə gəldikdən bir neçə gün sonra İsrail cəmiyyətinin sağçı dairələri ABŞ-ın yeni prezidentinin İordan çayının qərb sahilində yaşayış məskənlərinin tikintisinə etiraz etməsindən narahat idilər.

Bununla yanaşı, andiçmə mərasimindən sonra İsrail mətbuatına müsahibə verən Tramp Təl-Əvivə məsləhət görüb ki, diqqəti yeni yaşayış məskənlərinin inşasından daha çox Fələstinlə sülh münasibətlərinin bərpasına yönləndirsinlər.

O, yəhudi dövlətinin kəskin siyasəti haqqında fikirlər səsləndirib. Tramp deyib ki, İsraili çox yaxşı başa düşür və onlara hörmət edir:

“İsrail xalqı çox çətin dövrlərdən keçib. Çox istərdim ki, İsrail və Fələstin sülh şəraitində olsunlar. Bu, çox gözəl olardı”.

Amerika və Britaniyanın tədqiqat institutunun prezidenti Daniel Levi Rusiya mətbuatına bildirib ki, İsrail Trampın və yoldaşlarının sərt həqiqətləri ilə üzləşib:

“Tramp Amerikanın milli maraqlarına qarşı gedir və regionu təhlükə altında qoyur. Dövlət orqanlarında əhəmiyyətli postları tutan hərbçiləri fələstinlilərlə israillilər arasındakı gərginliyi açıq-aşkar alovlandırır” – Levi qeyd edib. Onun sözlərinə görə, amerikalıların ehtiyatsız davranışı regionda siyasi ekstremizm yarada bilər. Buna görə də Tramp səsini yumşaltmağa məcburdu.

Düşmən Yaxın Şərqdə

Tramp Tehranı dünya üçün təhlükə hesab edir. O, nüvə silahından imtina edəcəyinə dair verdiyi vədini hələ də yerinə yetirməyib. İranın ballistik raket sınaqlarından sonra Vaşinqton ölkənin bir sıra şirkətlərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Danielin sözlərinə görə, indiki halda konqresmenlər, Vaşinqton administrasiyasının ideoloqları, hərbiçilər onu dəstəkləyir. “Gec-tez “minlərlə ölümə səbəb olan” nüvə sövdələşməsi ləğv olacaq”- Daniel əminliklə qeyd edib.

Trampın vədləri və əməlləri:














Yenə də bir sıra amillər, məsələn, Koreya yarımadasında artan gərginlik, Suriya münaqişəsi zamanı müttəfiqlərinin etibarsızlığı Trampı İranla qarşıdurmalardan yayındıra bilər.

Strateji etibarsızlığı

Hərbi-siyasi Analiz Mərkəzinin direktoru, Hadson İnstitutunda beynəlxalq diskussiya klubunun (“Valday” ) eksperti Riçard Vays hesab edir ki, Trampın digər ölkələrlə münasibəti komplekslərdən irəli gəlir:

“Birincisi, seçkilər arxada qaldı, kəskin fitnəkar ritorikadan imtina etmək olar. İkincisi, dövlət başçısı kimi Tramp ABŞ-ın müttəfiqləri və rəqibləri haqqında daha çox informasiyaya sahibdir. Üçüncüsü isə artıq administrasiyada onun fikirlərini dəstəkləyən xeyli tərəfdarları var. Qəbul edilən qərarlara onların da təsiri var”.

Ümumilikdə Tramp xarici siyasətində hələ də yetərincə impulsiv deyil. Gözlənilməz strategiya dəyişimi və qəbul edilən qərarlar qısamüddətli perspektivdə ona yaxşı nəticələr versə də, uzunmüddətli problemlərə yol aça bilər. Riçard Vaysın sözlərinə görə, ABŞ bu və ya digər istiqamətdə uzunmüddətli xətti ortaya qoymasa, tərəfdaşlarla işləmək ona çətin olacaq. Onun fikrincə, Trampın digər ölkələrə qarşı bu tərz münasibətləri müttəfiqlərinin etimadının itirilməsi ilə nəticələnəcək. Ekspert siyasəti “etimad sənəti” olaraq dəyərləndirib.

Belə görünür ki, Trampın “təcrübəsiz siyasəti” onun şüurlu şəkildə atılmış strategiyasını təşkil edir. Onun proqramı dünya ölkələri içərisində “Amerikanı yenidən ən böyük” etmək üçün vədlər verir. Trampın idealı 1950-ci illərin Birləşmiş Ştatlarıdır. O vaxt SSRİ ilə bərabər səviyyədə oyunlar oynayıb. Tramp çalışırdı ki, heç kim ondan şübhə etməsin və bunun üçün hətta Suriya ərazisinə raketlər atmaqdan çəkinmədi. Bu eyni zamanda Çin hökümətinə işarə idi.

Problem ondadır ki, qol gücünə taktika və strategiyanı dəyişmək olmur. Və əsas sual budur ki, görəsən Tramp bunu nə zaman anlayacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler