» » “Əli Kərimli çıxış yolunu arayış biznesində görür" - Tural Məmmədov

“Əli Kərimli çıxış yolunu arayış biznesində görür" - Tural Məmmədov

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
“Əli Kərimli çıxış yolunu arayış biznesində görür" - Tural Məmmədov
Xalqinfo.az xəbər portalının Baş direktoru Tural Məmmədov, son dövrlərdə bəzi qara qüvvələrin uydurmaları ilə bağlı fikirlərini bölüşüb.

Son dövrlərdə Azərbaycanda gedən proseslər və iqtisadiyyatımızdakı inkişafın əhəmiyyətinə toxunan tarixçi deyib ki, bütün bunlar hər bir Azərbaycan gənci kimi bizi də sevindirir:

"Bundan əlavə son dövrlərdə bütün bu inkişafa baxmayaraq Azərbaycanda özünü bir qrup müxalifət adlandıran insanların şər, böhtan xarakterli fikirləri təəssüf hissi doğurur. Bu gün elə bir proses gedir ki, bütün bizi istəməyən xarici qüvvələr də buna qısqanclıqla yanaşır və bir tarixçi kimi qeyd edə bilərəm ki, Azərbaycan tarixində ölkəmiz bu günkü kimi heç bir dövrdə inkişaf etməmişdir. Azərbaycan xalqı öz şərəfli, sabit inkişaf yolunu keçmişdir.

T. Məmmədov AXCP-nin təşkil etdiyi mitinqlə bağlı məsələyə də toxundu: "Bir məsələyə diqqət çəkmək istəyirəm ki, 8 apreldə dövlət səviyyəsində müxalifətin mitinq təşkil etməsinə icazə verildi və çox az sayda insan toplaşmışdı. Bu deyərdim ki, mitinqə yox piketə daha çox bənzəyirdi. Bir daha öz əməlləri ilə özlərini sübut edirlər ki, Azərbaycan xalqı bunlara nifrət edir. Artıq bunlar keçmişdə 1991-92-ci illərdə öz xəyanətkar və yarıtmaz fəaliyyətləri ilə Azərbaycan xalqının gözündən düşmüşdür. Mən sizi tam əmin edirəm ki, bu AXCP-nin və onun ətrafında olan bir qrup insanların bu mitinqi keçirtməsi əslində öz şəxsi maraqlarını güdən bir məsələdir."

AXCP-nin bir neçə il bundan əvvəl hər dəfə xaricdən pul aldıqlarını deyən T. Məmmədov bildirir ki, o xaricdəki havadarları inandırmaq istəyirdilər ki, “Siz verən pulları biz dırnaqarası demokratiyanın inkişafına xərcləyirik”:

"Artıq bu qara düşmən qüvvələrin müxalifətə, bu qrupa ayırdıqları pullar kəsildikdən sonra başladılar Azərbaycandan vətənə xəyanət edərək Azərbaycanın ağılsız, dini zəhərlənmiş bir neçə gənci xaricə göndərməklə, qaçqın statusu ilə oturum almaqla ki, guya bunları Azərbaycanda incidirlər və onlar burada yaşaya bilmirlər. Artıq bu cür biznesə keçiblər. Hesab edirəm ki bu danılmaz bir faktdır və sosial şəbəkələrdə də bu məsələlər yayılır və bizim xalqımıza bəllidir. Bu Azərbaycan müxaifəti, başda Əli Kərimli olmaqla görün nə qədər bədbəxt insanlardır ki, hələ bunlar özləri-özlərini tanıya bilməyib. Öz əqidədaşlarını satan, özlərinin əqidəsini düzgün seçə bilməyən insanlar bu gün Azərbaycan xalqının adından danışırlar və düşünmürlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır."

Tarixçi qeyd etdi ki, Azərbaycanın dövlət strukturlarına, dövlət orqanlarına şər atmaq, Azərbaycan polisinin guya insanlara işgəncə verməsi ilə bağlı uydurduqları bu fikirlər əslində bunların “Şər-böhtan” kompaniyasının bir hissəsidir:

"Əli Kərimli özü neçə illərdir ki, partiyadan qopa bilmir, insanları ləkələməyə çalışır. Onun yanındakılar elə Əli Kərimli əqidəsində olan adamlardır. Ola bilsin ki onların yanında savadlı insanlar var, lakin onların əqidələri korlanıb artıq. Özlərini müxalifət adlandıran bu insanlar zəifləməyə doğru gedirlər. Bunun da bir səbəbi, onların düzgün yolda olmaması və xaricdən, qara qüvvələrdən, naməlum yerdən pul gələn yerlərinin kəsilməsi, dövlətin buna nəzarət etməsi və s. bunları çıxılmaz vəziyyətə salıb. Çünki bu xaricdən gələn pullar Azərbaycanda sabitliyin pozulmasına, Azərbaycanda inkişafın qarşısının alınmasına yönələn bir prosesdir. Belə xarici qüvvələr Azərbaycanı istəyə bilməz və onun inkişafını heç bir zaman da dəstəkləməz."

T. Məmmədov vurğuladı ki, bu gün cənab prezidentin siyasəti və beynəlxalq siyasətdə, beynəlxalq aləmdə olan nüfuzu sübut edir ki, Azərbaycan xalqı öz seçimini çox yüksək səviyyədə edib və ulu öndər Heydər Əliyev ideyaları Azərbaycan xalqına zəmanətdir:

"Azərbaycan xalqı tarixi qədim, hər bir məsələyə açıq gözlə baxa bilən bir xalqdır. Məhz buna görə, Azərbaycan xalqına kənardan ağıl verməyə ehtiyac yoxdur. Bu gün cənab prezidentinin siyasəti və xalqına ola xidməti nəinki daxili qüvvələrinə, ümumilikdə dünyanın bir neçə prezidentinə də nümunə ola bilər ki, əsil rəhbər xalqına İlham Əliyev kimi xidmət etməlidir. Və mənim də bu sözlərimin dərinliyini kim anlamaq istəyirsə, Azərbaycana gözü ilə baxsa mənim bir gənc olaraq nə dediyimi dərk edə bilər. Bu məsələni hər bir yerdə də mən qeyd edirəm. Bu Azərbaycan gəncliyinin ədalətli mövqeyinin bariz təzahürüdür. Və biz fəxr edirik ki, belə bir dövlətdə yaşayırıq."

Azərbaycan müxalifətinə üzümü tutub bir məsələni də demək istəyirəm ki, “Siz artıq qocalmısınız, Azərbaycan xalqının etimadını itirmisiniz və siz artıq qüvvə kimi Azərbaycan xalqına lazım deyilsiniz. Çünki bu lazımsızlığı özünüz yaratmısınız.”

"Hesab edirəm ki, Azərbaycan dövlətçiliyi, onun sabitliyi və inkişafı bundan sonra da daha da inkişaf edəcək və Azərbaycan xalqı daha da sabit və firavan yaşayacaq. Bunu bilmək istəyən Azərbaycanın tarixinə nəzər salsın və müqayisə etdin ki, 1991-92-ci illərdə Azərbaycan hansı səviyyədə idi və indi hansı səviyyədə yaşayır. Bunu gözlə görməmək yalnız və yalnız ədalətsizlik adlandırmaq olar."

Yaşasın Azərbaycan xalqı, yaşasın ulu öndər idealogiyası...!


Şəfa Rasimqızı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler