» » Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

Bölmə: Siyasət, Mədəniyyət
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Xalqinfo.az xəbər verir ki, Trend-ə istinadən xəbər verir ki, tədbirdə ilk olaraq ulu öndər Heydər Əliyev haqqında çəkilmiş sənədli film nümayiş olunub.

Daha sonra çıxış edən Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov ümummilli lider Heydər Əliyevin fəaliyyətindən danışıb: "Heydər Əliyev Azərbaycanın çətin vəziyyətində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı və Azərbaycan xalqını böhrandan, parçalanmadan xilas etdi. Bu gün müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə bildirib ki, Azərbaycan xalqı özünün zəngin tarixi dövrü ərzində çox görkəmli şəxsiyyətlər yetişdirib. Bunlar sırasında tanınmış mədəniyyət, icəsənət nümayəndələri, sərkərdələr və dövlət xadimləri olub:

"Bu şəxsiyyətlər sırasında əlbəttə ki, ümummilli lider Heydər Əliyevin özünə məxsus yeri var. Heydər Əliyevin xidmətləri Azərbaycan xalqının tarixində silinməz izlər qoyub. Heydər Əliyevin həyatını, fəaliyyətini və quruculuq konsepsiyasını səciyyələndirən "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fəlsəfi yanaşması idi. Ulu öndər həmişə deyirdi ki, dövlət xalqın mənafeyinə xidmət etməlidir, xalqın mənafeyi hər şeydən üstün olmalıdır. Heydər Əliyev ümummilli lider səviyyəsinə yüksələnə qədər müxtəlif yüksək vəzifələrdə çalışıb, sovet dövründə Azərbaycana rəhbərlik edib, SSRİ dövlətinin tanınmış rəhbərlərindən biri olub. Daha sonra müstəqil Azərbaycana rəhbərlik etdi. Heydər Əliyev hər dövrdə Azərbaycanın dinamik inkişafına, xalqın rifahına xidmət edib, bunun üçün çalışıb".

Administrasiya rəsmisi bildirib ki, Heydər Əliyev daim xalqın potensialına arxalanıb: "Ümummilli lider xalqa güvənərək düşünülmüş siyasət həyata keçirirdi. O deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadiyyatının və ordusunun gücləndirilməsinə diqqət yetirdi və dövlət quruculuğu siyasətində də bu siyasəti rəhbər tutdu. Bu gün ulu öndər Heydər Əliyevin siyasəti bizə miras qoyduğu Azərbaycanda həyata keçirilir. Nə qədər Azərbaycan var, Heydər Əliyev də yaşayacaq".

Tədbirdə çıxış edən digər qonaqlar da ümummilli lider barədə xatirələrini bölüşüb, onun Azərbaycanın inkişafındakı xidmətlərindən danışıblar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler