» » İki gün sonra düşmənə vurulacaq zərbə: Bakıda hazırlanan sürpriz

İki gün sonra düşmənə vurulacaq zərbə: Bakıda hazırlanan sürpriz

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İki gün sonra düşmənə vurulacaq zərbə: Bakıda hazırlanan sürpriz
Aprelin 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin Bişkekdə qeyri-formal görüşü keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Dmitri Peskov deyib.

Peskov həmçinin, Bişkekdə Avrasiya İqtisadi İttifaqının da iclasının keçiriləcəyini açıqlayıb. Lakin Kremlin sözçüsü toplantılarda konkret nələrin müzakirə ediləcəyi haqda məlumat verməyib.

Avrasiya İqtisadi İttifaqında Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya təmsil olunur. KTMT-də isə Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, Tacikistan da yer alır.

Bişkek toplantısı KTMT-yə yeni sədrin seçilməsi baxımından əhəmiyyətlidir. Təşkilatın keçmiş sədri Nikolay Boryuja səlahiyyətlərini bu ilin 1 yanvar tarixində müavini Valeri Semerikova həvalə etdi. Halbuki, KTMT-yə sədr ötən ilin oktyabr ayında İrəvanda keçirilən toplantıda seçilməli idi. Əlifba sırasına görə yeni sədr Ermənistandan olacaqdı. İrəvan üçün KTMT-yə baş katibin erməni olması iki aspektdən önəmlidir.

1. KTMT-nin dəstəyini tam şəkildə almaq.

2. Qarabağda mümkün hərbi toqquşmalar zamanı ötən il baş verən “aprel müharibəsi”ndə yaşanan təcrübənin təkrar olunmaması.

“Aprel müharibəsi”ndə İrəvan KTMT-nin dəstəyini gözləsə də, ümidləri boşa çıxdı. Təşkilatın üzvü Qazaxıstan və Belarus açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi, Rusiya isə neytrallıq nümayiş etdirdi.

İrəvan hesab edir ki, KTMT-yə erməni baş katibin seçilməsi şansını həyata keçirərsə, bu, Qarabağ məsələsində təşkilatın ən az sözlə dəstəyini təmin etməsinə kömək edər.

Birinci şans ötən ilin oktyabrında İrəvanda keçirilən toplantıda yaranmışdı. Hətta Ermənistanın namizədləri də hazır idi. Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstələndiyini əsas gətirərək, İrəvana gəlməkdən imtina etdi. Təşkilata üzv dövlətlərin birinin rəhbərinin iştirak etməməsi, baş katib seçkisinin təxirə salınması deməkdir və beləliklə, ermənilərin ilk ümidləri boşa çıxdı.

İkinci şans ötən ilin dekabrında Sankt-Peterburqda keçirilən toplantıda yarandı. Hansı ki, İrəvan rus torpaqlarında arzusuna nail olacağına əmin idi. Bu dəfə isə Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın arzusunu gözündə qoydu. Lukaşenko ölkəsində dövlət çevrilişi təhlükəsinin olduğunu əsas gətirərək, toplantıya qatılmadı.

Və nəhayət, İrəvan üçün üçüncü imkan yaranıb. Bişkekdə KTMT-yə yeni baş katibin seçilməsi nəzərdə tutulur.

Rəsmi Bakı İrəvanın arzusunun hədəfini yaxşı anlayır, buna görə də diplomatk manevrlərlə düşmən ölkənin məqsədinə nail olmasının qarşısını alır. İrəvan isə artıq əmindir ki, birinci və ikinci imkanların itirilməsinə dözdü və üçüncü dəfə hər şey istəyinə uyğun olacaq. Lakin həqiqətənmi bu baş verəcək?

Bu sual fonunda Ermənistanın “lragir” saytının ötən həftə yazdıqları yada düşür.

Aprelin 3-də Qazaxıstan prezidentinin Bakıya səfərini şərh edən sayt İham Əliyevlə Nursultan Nazarbayevin Ermənistan üçün sürpriz hazırladığını yazırdı: “KTMT-yə erməni baş katibin təyinatı ötən ilin dekabrında keçirilən iclasda olacaqdı. Lakin Lukaşenko gəlmədiyi üçün məsələ yenə təxirə düşdü. İndi gözlənilir ki, erməni baş katib KTMT-nin apreldə keçiriləcək sammitində təyin oluna bilər. Mümkündür ki, bu təyinatın olmaması üçün Əliyevlə Nazarbayevin hansısa planı var”.

Rusiyalı ekspert Vadim Dubnov isə hesab edir ki, KTMT-yə erməni baş katibin seçilməsini əslində Moskvanın özü istəmir.

“Belə deyilir ki, Lukaşenko erməni baş katibin seçilməməsi üçün KTMT-nin Sankt-Peterburq iclasına bilərəkdən gəlməyib. Mən belə düşünmürəm. Burada gözdən qaçan detal var. Belə ki, Moskva Lukaşenkonun gəlməməsinə və erməni baş katibin seçilməməsinə görə şad oldu. Və bundan istifadə etdi”, - deyə Dubnov qeyd edir.

Rusiyalı ekspertin fikirləri Moskvanın da erməni baş katibə qarşı olduğunu göstərir.

Gözləniləndir ki, Ermənistan aprelin 14-də də arzusuna nail ola bilməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler