» » Gürcüstan prezidenti aprel şəhidlərini yad etdi

Gürcüstan prezidenti aprel şəhidlərini yad etdi

Bölmə: Siyasət, Dünya
Gürcüstan prezidenti aprel şəhidlərini yad etdi
Bu gün Gürcüstan ictimaiyyəti 1989-cu il aprelin 9-da ölkənin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini anır.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də 9 aprel şəhidlərinin xatirəsinə ehtiramını bildirib.

Səfir Dursun Həsənov, səfirliyin və konsulluğun, hərbi attaşe aparatının və digər aidiyyəti qurumların nümayəndələri aprelin 9-da Tiflisin mərkəzi Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.

Səfir Gürcüstanın dövlət və hökumət üzvləri ilə görüşərək başsağlığı verib, Azərbaycan xalqının daim dost və qardaş gürcü xalqının yanında olduğunu bildirib.

Qeyd edək ki, aprelin 8-dən başlayaraq ictimaiyyət nümayəndələri abidəni ziyarət edirlər.

Gürcüstan Prezidenti, Baş nazir, nazirlər aprelin 9-da Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler