» » "Misirlə Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edib"

"Misirlə Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edib"

Bölmə: Siyasət
"Misirlə Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edib"
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Zati-aliləri cənab İlham Əliyev.

Sizə ən səmimi salamlarımı çatdırıram.

Sizi Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edib əminliklə bildirmək istəyirəm ki, ölkələrimizin hökumətlərini və xalqlarını bir-birinə bağlayan möhkəm əlaqələr mövcuddur.

Ötən illər ərzində Misir ilə Azərbaycan arasında bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələr inkişaf etmişdir. Biz bu əlaqələrin də ölkələrimiz arasında mövcud olan yaxşı siyasi münasibətlər səviyyəsinə yüksəlməsi üçün çalışırıq.

Şübhəsiz ki, Azərbaycan Respublikası xarici işlər nazirinin 2016-cı ilin noyabrında Qahirəyə etdiyi səfər və Hökumətlərarası Birgə Komissiyanın iclasının 2017-ci ilin iyulunda Qahirədə keçirilməsi üçün görülən hazırlıq işləri ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşması istiqamətində birgə səylərimizi artırır.

Zati-alinizə bir daha səmimi təbriklərimi çatdırıram. Sizə işlərinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə daim tərəqqi və rifah arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük ehtiramımı bildirirəm.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler