» » ABŞ səfiri Sekutanın xəlvəti oyunları

ABŞ səfiri Sekutanın xəlvəti oyunları

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
ABŞ səfiri Sekutanın xəlvəti oyunları













Eynulla Fətullayev

İntriqa, yalan, pulla ələ alma və xəlvəti mübarizə - məkrli Bizans siyasətinin yaxşı məlum olan xüsusiyyətləridir. Böyük Romanın Kapitoli təpəsində bunu hətta ən despotik imperatorların dövründə rədd eləmişdilər. Onu elə respublikaçıların Vaşinqtonundakı Kapitoli təpəsində də qəbul etmirlər.

ABŞ səfiri Sekutanın xəlvəti oyunları














Və kifayət qədər ekssentrik siyaətçi Donald Trampın timsalında Vaşinqtondakı yeni respublikaçılar hakimiyyəti siyasi Olimpin zirvəsindən yeni xarici siyasət doktrinasını elan etdi. Özünün inauqurasiya nitqində əvvəlki rəhbərliyin parıltılı liberal ritorika ilə pərdələnmiş imperiya-fəthetmə siyasətini pisləyən Donald Tramp Roma-Senat hakimiyyətinin ən yaxşı ənənələrini xatırladan bu bəyanatı verdi: “Biz ABŞ-ın hüdudlarından kənarda demokratiya quruculuğu cəhdlərini və rejimləri devirməyi dayandıracağıq, qarışmağa heç bir haqqımızın olmadığı situasiyalara müdaxilə etməyəcəyik”.

ABŞ səfiri Sekutanın xəlvəti oyunları














Yeni prezident özünün başqalarının işlərinə müdaxiləni istisna edən və təcridçilik doktrinasının reallaşması üçün hansı tədbirlər gördü? Tramp Kapitoli təpəsində and içən kimi ABŞ-ın xaricdəki səfirlərinin çoxunu geri çağırdı. Axı məhz səfirliklər hansısa gizli Bizans məbədlərinə çevrilmişdi və intriqalar, qəsd planları orada hazırlanırdı, prezidentlərə və hökumətlərə qarşı kompromatlar oralarda meydana çıxırdı. Üstəlik, bir çox ölkələrdə MKİ rezidentləri və agentləri cəhənnəmsayağı, qiyamçı dövransızlığa aparan yola körpü salırdı.

Amerikanın yeni prezidentinin səs-küylü bəyanatından sonra bizim nəzərlərimiz ABŞ-ın Bakıdakı səfirliyinə yönəldi. 1992-ci ildən, bu diplomatik təsisatın açıldığı və amerikalı dəniz piyadası Riçard Maylzın - rəngli inqilabların sehrbazının ilk Amerika səfiri kimi Bakıya gəldiyi gündən başlayaraq, Bakıda, Belqradda, Tbilisidə və yeni meydana çıxmış ölkələrin bir çox digər paytaxtlarında siyasi kataklizmlərin, çağırışların və qəsdlərin mənbəyi məhz bu Bizans votçinası oldu.

“Sekuta gedəcəkmi?” - biz bu çoxmənalı sualla ABŞ səfirliyinə müraciət etdik. Axı Sekuta Obama-Klinton tandemokratiyasının elçisi idi. Tramp isə əmin edirdi: ABŞ öz hüdudlarından kənarda heç kimə demokratiya sırımayacaq. Hər xalqa öz milli demokratiyası! Yanvarın 6-da Sekuta Azəbaycan ictimaiyyəti qarşısına çıxdı və elan etdi: “Mən president Trampın nümayəndəsiyəm və onun xarici siyasətini yürüdəcəyəm!”

ABŞ səfiri Sekutanın xəlvəti oyunları












Onun sözlərinin mənası belə idi. Lakin Sekutanın sözləri ilə əməlləri üst-üstə düşürmü? Budur, sizə bariz və təzə misal. Aprelin 3-də səfir Sekuta özünün Bizans məbədinə İlham Əliyevin düşmənlərinin ən azğın və ən qatı hissəsini toplayıb. Sekutanın audiensiyasına bizə yaxşı tanış olan sifətlər layiq görülüblər: gizli “D-18 hərəkatı”ından olan ekstremist qız Samirə Ağayeva, Əli Kərimlinin dönməz tərəfdaşı Gözəl Bayramlı, hədəqədən çıxmış bəyanatları ilə gündəmdə olan hakiimiyyət “tənqidçisi” Gültəkin Hacıbəyli, siyasi məhbus-radikal Seymur Həzinin arvadı Niqar Yaqublu, azğın müsavatçı Sevinc Hüseynova…

ABŞ səfiri müqavimət hərəkatından olan bu femistlərlə nə müzakirə edir? Siyasi situasiyanı və insan haqlarını. Sual olunur, ABŞ səfirinin siyasi vəziyyəti müxalifətin ən reaksion qanadı ilə müzakirə etmək nəyinə lazım idi? Və bu müzakirə Trampın elan etdiyi kursla nə dərəcədə uyğunlaşır?

ABŞ səfiri Sekutanın xəlvəti oyunları


















Tutaq ki, Sekuta Vyana konvensiyası ilə ona verilmiş hüquqlardan istifadə edib və görüşü elementar diplomatik həvəslə əsaslandırır. Lakin səfir yəqin ki, Azərbaycan KİV-lərinin annotasiyası ilə tanışdır və ölkədəki real vəziyyətdən xalidir, elə deyilmi? Əgər səfir doğrudan da situasiyanı öyrənmək istəyirsə o zaman niyə bu cür görüşü qarşı düşərgənin yaraşıqlı cinsinin nümayəndələri ilə təşkil etmir?

Ona nə mane olur ki, vitse-spiker Bahar Muradovaya, Prezident Administrasiyasının nümayəndəsi Fatma Abdullazadəyə, president dəftərxanasının rəhbəri Dilarə Seyidzadəyə, deputatlar Jalə Əliyevaya, Qənirə Paşayevaya, Aqiyə Naxçıvanlıya və digərlərinə qulaq assın? Yoxsa səfirə insan haqları barədə onlardan soruşmaq maraqlı deyil? Hələ üstəlik, nəyə görə azğın, yonulmamış, açıq-aşkar ekstremist tiplərlə məhz ABŞ səfiri görüşür? Nəyə görə onları tutaq ki, Rusiya, Türkiyə, İran Gürcüstan və ya Qazaxıstan səfirləri qəbul etmir?

Axı Azərbaycanın yaxın qonşularının heç də qarışıq olmayan, böyük hesabla birmənalı situasiyanı öyrənməyə okeanın o tayındakı nəhəngdən daha çox motivləri var. Hansı ki, həmin nəhəng dövlət prezident Trampın dediyi kimi, bu yaxınlardan etibarən başqa dövlətlərin daxili işlərinə qarışmır?

Tutaq ki, həmin “siyasi qaranquşlar” səfiri maarifləndirdilər. Lakin Sekuta hansı məqsədlə etirazçı gənclər təşkilatlarının liderləri ilə görüşür? Və nəyə görə bu görüş müxalifətin mitinqi ərəfəsində baş verir?

Ona görə ki, Sekuta yalan danışır. O, prezident Donald Trampı təmsil etmir. O, hələ də Obama-Klinton tandemokratiyasının və Vaşinqtonda bu günə qədər Ağ Evdəki yeni komandaya işləmək imkanı verməyən, arabanın təkərləri altına kötük qoyan və Amerika mətbuatının səhifələrində qara piar aparan bütün digər qüvvələrin maraqlarını ifadə edir.

ABŞ səfiri Sekutanın xəlvəti oyunları














İnqilabi kökələrin böyük həvəskarı, uduzmuş Viktoriyanın - bəli-bəli, Azərbaycana qarşı total siyasi-ideoloji hücumun ilhamvericisi olan həmin Nulandın vəzifədən getməsindən sonra sözün əsl mənasında hansısa sehrbazın sehrli çubuğunun işarəsi ilə prezident Əliyevin ştatlı tənqidçiləri - Kozlariç və Kramer də sirk sənəsindən yoxa çıxdı, Azərbaycan “inqilab hərbi şurasının” qara dul qadını Rebekka Vinsent də xəbərsiz-ətərsiz itdi...

Təsəvvür edirsinizmi, “Washington Post” və “New York Times” qəzetlərinin timsalında nüfuzlu Amerika mediasının amerikalıların az tanıdığı, onlar üçün çox uzaq və balaca ölkə olan Azərbaycana hər cür marağı zəiflədi. Satellit ölkələrdə də tənqidlər söndü: Tramp Oval ofisə keçməyə imkan tapmamış Britaniya, alman, fransız mediası sanki Azərbaycanın mövcudluğunu unutdu.

Axı biz iki il ərzində yorulmadan, dayanmadan yazırdıq və təkcə ictimaiyyəti yox, qərb ekspert cameəsini də inandırmağa çalışırdıq ki, məhz Nuland və onun ətrafı “despotik Azərbaycan” barədə olduqca çirkin oyunun süjetini hazırlayır. Məhz Nuland və Hillari Klintonun Dövlət Departamenti Avropa Oyunları ərəfəsində Azərbaycan hakimiyyətinin ifşa olunması adı altında misli görünməmiş və yaxşı qurulmuş kampaniyanı başlatmışdı. Avropa Parlamenti isə tandemokratiyanın total təzyiqləri və basqıları qarşısında tab gətirməyrək Azərbaycanda insan haqları barədə həmin bədnam qətnaməni qəbul etmişdi. Hansı ki, orada anlaşılmazlıq üzündən siyasi azadlıqlar elan olunub. Müxalifət paytaxtın mərkəzində mitinqlər keçirir, sosial şəbəkələrdə və mətbuatda tənqidi səslər eşidilir, siyasi arenada ehtiraslar coşub-daşır... Bax bu, şübhəsiz ki, Eritreya və Türkmənistandakı kimi despotizmdir.

ABŞ səfiri Sekutanın xəlvəti oyunları












Elə görünə bilər ki, Trampın tarixi dönüşündən sonra “Viktoriyanın kökələri” sayağı bütün insiunuasiyalar keçmişdə qaldı. Axı İlham Əliyevin Brüsselə Avropa xalqlarının çoxdan gözlədiyi enerji ehtiyatlarının diversifikasiyasını və böyük borunun tikintisini reallığa çevirmiş zəfər yürüşü-səfəri Qərblə münasibətlərdə yeni tarixi səhifəni açmışdı. İlham Əliyevin Donald Trampla isti və səmimi söhbəti qarşılıqlı anlaşmanın yeni səviyyəsini bərqərar etmişdi – inqilablarsız, insinuasiyalarsız və arxadan namərd zərbələri olmadan. Azərbaycan hakimiyyəti Amerika xalqının yeni seçilmiş liderinin duyğularının səmimiyyətinə inandı.

ABŞ səfiri Sekutanın xəlvəti oyunları
















Bu cür tarixi dönüş məqamında səfir Sekutanın xəlvəti gedişlərini və Əli Kərimlinin qulağına Əliyevin bütün hakimiyyəti dövründə dəyişməz qalan sülhsevər və sakit Bakının status-kvosunu dəyişməklə çalxalamaq ideyasını pıçıldamasını necə başa düşək? Axı Sekuta açıq-aşkar bilir ki, etirazçı siyasi əhval-ruhiyyə yoxdur və sözdə müxalifətçilər sosial bazanın lap dibində qıcqırırlar.

Əli Kərimli meydana nəzərə çarpacaq sayda kütlə toplamalı və həyəcanlanmış etiraz görüntüsü yaratmalıdır. Lakin onun belə baza qüvvəsi və ehtiyatları yoxdur. Cəmiyyət əsas etibarilə siyasətdən uzaqdır və insanlar üçün bu günün dəyişməz sabitliyi demokratiya ilğımı uğrunda xəyali müharibələrdən çox-çox qiymətlidir. Axı bunlar nəyə görəsə Suriya, Liviya və Ukrayna faciələrinə gətirib çıxarır. Hətta potensial olaraq hakimiyyətdən narazılar da müxalifətə skepsislə yanaşırlar. Mitinqdə durub London pablarında kef məclisləri quran Türkel Kərimlinin atasını axtarmayacaqlar ki.

Bəs cəbhəçilərin lideri kimə müraciət etsin? Əlbəttə ki, islamçılara. Nəyə görə və hansı məqsədlə Sekuta dolayı yolla Azərbaycanda siyasi islamı – ölkədəki yeganə, amma azsaylı və başsız, fəqət kifayət qədər özünə yetərli qüvvəni fəallaşdırır? Xalqsız qalmış Cəbhənin klerikal islamçı sosial bazaya müraciətdən başqa hansı çarəsi qalıb ki?

ABŞ səfiri Sekutanın xəlvəti oyunları















Sekutaya ikinci “Cəbhət-ən-Nüsra”, yaxud da islam inqilabının saqqallı keşikçiləri lazımdır? Nəyə görə amerikalı səfir dünyəvi müxalifətin liderini islamçılarla ittifaqa sürükləyərək, məscidlərdə süni şəkildə etirazçı əhvalı-ruhiyyəni qızışdırır və klerikal sosial bazanı radikallaşdırır? Trampın çıxışlarında söylədiklərinə inansaq, Sekutanın belə hücumları yeni xarici siyasət konsepsiyası ilə heç cür uzlaşmır. Bəs o, kimin siyasi sifarişini yerinə yetirir? Bakıda kimi təmsil edir?

Amerika səfiri yalnız klerikalları deyil, separatçıları da oyatmağa çalışır. Məlumata görə, bu yaxınlarda ABŞ səfirliyinin təmsilçisi Zaqatalaya səfəri çərçivəsində separatçı hərəkatların nümayəndələri ilə də görüşüb. Bu nə xəlvəti oyundur? Özünün Bizans qülləsində Amerika səfiri hansı sui-qəsdi hazırlayır?

Nəyə görə Azərbaycan hakimiyyəti laqeydliklə kənardan baş verənlərə tamaşa edir və Amerika səfirinin aşkar təxribatçı fəaliyyətinə göz yumur? Halbuki, sonuncunun gizlədilməyən düşmən mövqeyi və rəsmi Vaşinqtonla Bakı arasında münasibətləri pozmağa yönəlmiş hərəkətləri göz qabağındadır, elə deyilmi? Trampın hakimiyyətə gəlişi Azərbaycan hökumətinə yeni imkanlar yaratdı ki, qlobal fövqəldövlətlə münasibətləri nəinki normallaşdırsın, həm də onları çoxvektorlu tərəfdaşlıq səviyyəsinə çatdırsın.

Bəs Sekuta nə edir? O, açıq şəkildə rəsmi Vaşinqtonla Bakı arasında münasibətləri korlayır. Nəyə görə indiyə qədər hakimiyyət və Azərbaycan XİN ABŞ hökumətinə səfirin düşmən fəaliyyəti barədə məlumat verməyiblər? Keçmiş səfir Riçard Morninqstar yalnız ehtiyatsız şəkildə Azərbaycan Meydanını Ukrayna Maydanına bənzətdiyi üçün arzuolunmaz şəxs elan edilmişdi. Robert Sekuta isə Vaşinqtondakı, çox güman ki, Trampa zidd mövqedə duran siyasi düşərgədə olan himayədarlarının təsiri altında uydurulmuş ideyanı qorxunc reallığa çevirmək istəyir. Çiçəklənən paytaxtın mərkəzində toz qaldırır!

Amerika səfiri etiraz meydanına şiə məscidlərindən gənc klerikalları göndərərək, Qərb yönümlü Azərbaycanın dünyəvi dəyərlərini dağıtmağa çalışır. Daha hansı arqument olmalıdır ki, dövlət katibi Reks Tillerson qiyamçı səfiri geri çağırsın? Elmar Məmmədyarov təcili surətdə Vaşinqtonla əlaqə yaratmalıdır. Hələ ki gec deyil!

Səfir xalça üzərinə dəvət olunmalıdır, əks halda, onun uzaq məqsədlərə tuşlanmış xəlvəti oyunları hamıya möhkəm dayaq kimi görünən həmin xalçanı Bakı ilə Vaşinqtonun ayağının altından çıxaracaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler