» » Horadizdə yürüş keçirilib -Fotolar

Horadizdə yürüş keçirilib -Fotolar

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Horadizdə yürüş keçirilib -Fotolar
Horadiz şəhərində Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub.

İH-dən “Xalqinfo”ya daxil olan xəbərə görə, zəfər yürüşünün iştirakçıları Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin Sədr müavini Bahar Muradova, Ombudsman Elmira Suleymanova və respublikanın 17 rayon və şəhərindən olan şəhid ailələrinin üzvləri iştirak edib.

Əllərində Lələtəpə uğrunda döyüşlərdə şəhid olanların portretləri və Azərbaycanın Dövlət bayrağını tutan yürüş iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey ordu üçün, hər şey qələbə üçün”, “Ali Baş komandanın əmrlərinə hazırıq” kimi şüarlar səsləndiriblər.

Sonra “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub. Açılışda çıxış edən icra başçısı Alı Alıyev Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib.

Digər çıxış edənlər 02-05 aprel tarixlərində düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə “Lələtəpə fatehləri” kitabı təqdim edilib.

Horadizdə yürüş keçirilib -Fotolar
Horadizdə yürüş keçirilib -Fotolar
Horadizdə yürüş keçirilib -Fotolar
Horadizdə yürüş keçirilib -Fotolar
Horadizdə yürüş keçirilib -Fotolar
Horadizdə yürüş keçirilib -Fotolar
Horadizdə yürüş keçirilib -Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler