» » Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub

Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Nursultan Nazarbayevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan prezidentinə raport verdi.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstan prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler