» » “Azərbaycan əzmkarlıq nümayiş etdirir”-

“Azərbaycan əzmkarlıq nümayiş etdirir”- Con Kerri

Bölmə: Siyasət
 “Azərbaycan əzmkarlıq nümayiş etdirir”-
"Əsrin müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində ABŞ dövlət katibi Con Kerrinin məktubu oxunub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn deyib ki, “Əsrin müqaviləsi” tarixi müqavilə olub və uzun illərdir uğurlu olduğunu sübut edib. O bildirib ki, ABŞ prezidenti Barak Obama Cənub Qaz Dəhlizini dəstəkləyir: “Bu gün biz layihənin yeni mərhələsinə başlayırıq. Layihə çox zamanında həyata keçirilir. Heç bir ölkə bir dövlətdən asılı olmamalıdır. Enerji təchizatı şaxələndirilməlidir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək. Bu, təkcə 3 ölkənin deyil, digər Avropa ölkələrinin də layihəsidir. Artıq biz bu mühüm layihənin icrasına başlayırıq. Bizim əlaqələrimiz çox güclüdür. Yeni layihələr bu əlaqələri daha da gücləndirəcək”.

Daha sonra o, ABŞ dövlət katibi Con Kerrinin məktubunu oxuyub. Məktubda qeyd edilir ki, Azərbaycan nəhəng neft hasilatçısına çevrilib: “ABŞ və Azərbaycan arasında əlaqələr güclü olub. Bu əlaqələr bundan sonra daha da güclənəcək. Bu layihə Azərbaycan, Türkiyə və Avropa üçün mühüm əhəmiyyət kəsb edir. 96 il əvvəl Azərbaycan əzmkarlıq nümayiş etdirib. Azərbaycan bu gün də əzmkarlığını davam etdirir. ABŞ Cənub Qaz Dəhlizi kimi tarixi layihədə yaxından iştirak etməyə hazırdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler