» » Aprel şəhidindən yadigar qalanlar... -

Aprel şəhidindən yadigar qalanlar... - 1 il keçdi + Fotolar

Bölmə: Siyasət
Aprel şəhidindən yadigar qalanlar... -
Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib.

"Xalqinfo" azvision.az-a istinadən xəbər verir ki, anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.

Şəhid pilot Urfan Vəlizadənin yoldaşı Könül Vəlizadə bildirib ki, geridə qalan bir il onlar üçün olduqca çətin keçib: “Urfansız çətindir. Onun üçün çox darıxıram”.

Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib: “Bura gələn hər kəsə təşəkkür edirəm. Bizi tək qoymadılar. Hərbçi yoldaşları şəhidləri daim diqqətdə saxlayır”.

Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Şəhid pilot Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə atasının məzarı başında skripkada ifa edib.

Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -
Aprel şəhidindən yadigar qalanlar... -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler