» » Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Bölmə: Siyasət
Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Vatikan Müqəddəs Taxt-Tacının Pontifik Şurasının sədri Canfranko Ravazi, BMT-nin Ərzaq Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva təbrik ediblər.

Xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Fransanın “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle də təbrik məktubları ünvanlayıblar.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler